yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Binaya baxan, təmir eliyən yoxdur" - ŞİKAYƏT

13-03-2018, 11:51 241 dəfə baxılıb

Bakıda Koroğlu Rəhimov küçəsində yerləşən 53 nömrəli yataqxana üzərindəki hörümçək toruna bənzər borularla diqqət çəkir. Bu problem illərdir işıqlandırılsa da, sakinlərin şikayətinə hələ də cavab verən yoxdur.

Həmin binada yaşayan məcburi köçkünlər su borularının səliqəsiz düzülüşünə görə binanın qəzalı vəziyyətə düşdüyünü bildiriblər.

Onlar qeyd ediblər ki, 26 ildir bu binada belə vəziyyətdə yaşayırlar: “Binaya baxan, təmir eliyən yoxdur. Yalandan gəlib baxırlar, təmir edəcəyik desələr də, sonra görünmürlər. Cavanımız, qocamız, uşaqlarımız, bir sözlə hamımız rütubətdən xəstəlik tapmışıq. Su boruları şəxsi hesabımıza quraşdırılıb. Elə quraşdırılıb ki, heç kim öz borusunu tanımır. Bəzən elə olur ki, boru partlayır. Onsuz da çətin vəziyyətdə yaşayırıq. Bir tərəfdən də bu problemlər güzəranımızı lap çətinləşdirir”.

Qafqazinfo


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ