yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Əfv Komissiyasının hazırladığı siyahıya son dəyişikliklərin edilməsi sırf ölkə prezidentinin səlahiyyətindədir" - Gözlənti

2-02-2018, 12:26 345 dəfə baxılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Amnistiya aktının qəbul edilməsi təklif olunub. Bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib. O qeyd edib ki, indiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistiya qərarı verilib.

Qeyd edək ki, ötən gün ölkə mediasında yayılan xəbərlərdə mart ayında – Novruz bayramı günlərində əfv fərmanının imzalanacağı ilə bağlı xəbərlər dolaşırdı. Ekspertlər dünən yayılan xəbərlərə birmənalı münasibət bildirməmişdilər. Amma əksər ehtimallar Novruz bayramı ərəfəsində ölkə prezidentinin yeni sərəncamla məhbus ailələrinin bayramını xüsusi təbrik edəcəyi qeyd edilirdi.

Siyavuş Novruzovun Milli Məclisdə qaldırdığı qərarın öz təsdiqini tapacağı təqdirdə iki ay ərzində iki əfv sərəncamının imzalanacağını söyləmək olar. Bu nə dərəcədə inandırıcıdır?

İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənəniyarlı hafta.az-a açıqlamasında bildirib ki, mart və may aylarında əfv sərəncamının olması ilə bağlı dəqiq nəsə deyə bilməz:

“Hələ ki, bu təkliflərin üzərində Əfv Komissiyası işləyir. Kimlərin həmin siyahıda olub-olmaması haqqında da fikir bildirməkdə çətinlik çəkirəm. Əfv Komissiyasının hazırladığı siyahıya son dəyişikliklərin edilməsi sırf ölkə prezidentinin səlahiyyətindədir. Bu dəyişiklikləri ancaq o, edə bilər. Ona görə də hər hansı bir məhbusun, şəxsin həmin siyahıda olması ilə bağlı indidən məlumat vermək həm etik, həm də informasiya baxımından düzgün deyil. Ona görə də bu barədə heç bir söz deyə bilmərəm. Yəqin ki, bizim etdiyimiz təkliflərə Əfv Komissiyasında baxılacaq”.

Hüquq müdafiəçisinin sözlərinə görə, İşçi Qrupu mütəmadi olaraq bu cür təkliflər irəli sürür. Səadət Bənəniyarlı bildirib ki, indiki halda hər iki əfv fərmanının imzalanmasının tərəfdarıdırlar:

“Ona görə də mart və may aylarında iki əfv fərmanının imzalanmasında maraqlıyıq və müraciətlərimizin nəzərə alınmasını xahiş edirik”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: prezidentinin, Efv, selahiyyetindedir, hazirladigi, Gozlenti, son, , olke, sirf, Komissiyasinin, deyishikliklerin, edilmesi, siyahiya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ