yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Deputat ölkədə mütəxəssis qıtlığından şikayətlənir

Deputat ölkədə mütəxəssis qıtlığından şikayətlənir
1-02-2018, 16:43 317 dəfə baxılıb

Bu gün çox sayda elmlər doktoru var, amma çoxunun faydası yoxdur.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında bildirib.

“Gərək elmin nəticəsindən cəmiyyət, dövlət xeyir görsün. Əgər dövlət və cəmiyyət həmin elmlər doktorlarının fəaliyyətdən bəhrələnmirsə, bunun əhəmiyyəti yoxdur”, - deyə millət vəkili qeyd edib ki, burada söhbət fərdin cəmiyyət üçün verdiyi xeyirdən gedir:

“Əgər biri yaxşı elektrik olmasa, onu heç kim işə qəbul etməyəcək. Biri yaxşı bənna olmasa, onu heç bir tikinti şirkəti işə qəbul etməyəcək. Halbuki bu tip peşələr üçün birinci dərəcə və ən yüksək əməkhaqqı ilə tələb olunur”.

Deputat təəssüflə bildirib ki, SSRİ-nin dağılmasından sonra SOCAR istisna olmaqla, bu cür mütəxəssislər yetişdirilmir:

“Ona görə hesab edirəm ki, bu sahədə hazırlanmış qanun vacib və zəruridir. Biz sözügedən qanuna səs verib onu qəbul etsək, peşə təhsili ali təhsillə rəqabətə girər”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: shikayetlenir, mutexessis, qitligindan, olkede, Deputat
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ