Milli Məclisdə AzTV tənqid olunub
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Televiziyası (AzTV) tənqid olunub
Deputat Fazil Mustafa “AzTV iclaslardakı çıxışlardan niyə sitatlar vermir?” sualını ünvanlayıb.
O deyib ki, dövlət büdcəsi bir neçə gün müzakirə olunur, amma televiziyalar bunu bir saatlıq verilişin içərisində verirlər: “Heç olmaya büdcə müzakirəsini normal şəkildə təqdim edin ki, cəmiyyət görsün. Elə qələmə verilir ki, sanki Milli Məclisdə dövləti, insanları düşünən insan yoxdur… Burada fikirlər səsləndirilir, bunun təbliği lazımdır. İctimai Televiziya ümumiyyətlə, nəsə vermir. Onları da bu məsələyə qoşmaq lazımdır. AzTV bu yükü götürə bilmirsə, heç olmasa İctimai Televiziya reportajlar hazırlasın”.
Deputat Tahir Kərimli də bu məsələ ilə bağlı tənqidi fikirlər səsləndirib: “AzTV bizi yaxşı işıqlandırmır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...