yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Qiymət artıq, keyfiyyət sıfır" - GİLEY

19-01-2018, 18:06 376 dəfə baxılıb

Son vaxtlar Sumqayıt şəhərinin nəqliyyatı sahəsində bir çox iş görülür. Bununla yanaşı isə hələ də şəhər sakinləri bəzi maşrutların fəaliyyətindən razı deyillər və bu tip şikayətlərdən biri də 3 nömrəli avtobusla bağlıdır.

Şikayətçi olan Sultan Əzimovun yazdıqlarını olduğu kimi sizə təqdim edirik: "Sumqayıt şəhərində 3 nömrəli marşrut avtobusları bərbad vəziyətdə işləyir. İstədikləri intervalı təyin edirlər. 20-25 dəqiqə intervalında gələn avtobuslar camaatı soyuq çöllərdə qoyur. Və avtobuslarda dəhşət sıxlıq olur, buna görə də heç kəs minə bilmir. Şirvan yaşayış massivindən, H.Zeynalabdin (Nasosnu) bazarı adlanan yerə (yol cəmi 3 km-dir) 15 dəqiqəyə hərəkət edirlər. 30-35 dəqiqə qəsəbənin daxilində vaxt öldürürlər yolda. Bilmirik hara şikayət edək. Gediş haqqını da 25 qəpik təyin ediblər. Qiymət artıq, keyfiyyət sıfır. Əvvəllər yaxşı idi, keçən ildən sonra isə hər şey dəyişdi”.

Qeyd edək ki, 3 nömrəli avtobus barədə şikayətçi tək Sultan Əzimov deyil. Digərləri də marşrut xəttinin intervalının çox olması barədə şikayətlərini bizə qeyd edirlər.
Məsələ ilə bağlı olaraq "Sumqayıt Nəqliyyat" MMC ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq belə, zəngimizə cavab verən olmadı. Aidiyyəti qurumun mövqeyini işıqlandırmağa hazırıq.

Xeberle.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , keyfiyyet, artiq, sifir, Qiymet, GLEY
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ