yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Müəllimə acı durumda: yüksək bal toplayan qızlarını oxuda bilmir

Müəllimə acı durumda: yüksək bal toplayan qızlarını oxuda bilmir
22-09-2017, 12:07 96 847 dəfə baxılıb
yüklənir...

Zərdab rayonu, Pərvanlı kənd orta məktəbinin ibtidai sinif müəllimi Gülnisə Məmmədova maddi vəziyyəti aşağı olduğundan ali təhsil ocağında ödənişsiz əsaslarla təhsil alan iki qızını oxuda bilmir.
G.Məmmədovanın acınacaqlı duruma düşməsi onun həyat yoldaşının birdən-birə xəstəliyə tutulması ilə əlaqədardır.
Qızlarının təhsilini davam etdirməsini istəyən valideyn vətənpərvər, xeyirxah insanlardan, aidiyyəti qurumlardan kömək istəyir.
O qeyd edir ki, qızlarının oxumasında əsas çətinlik mənzil təminatı ilə bağlıdır: "İnsanlardan qızlarımın oxumasına kömək olmalarını xahiş edirəm".
G. Məmmədovanın sözlərinə görə, çıxılmaz vəziyyətdə qalıblar: "Hazırda 2 övladım Azərbaycan Dövlət Pedoqoji və Bakı Dövlət Universitetlərində təhsil alır, lakin imkansızlıq ucbatından onları oxuda bilmirəm. Qızımın biri 3-cü kursda, digəri isə 1-ci kursda təhsil alır. Böyük qızım 501 balla Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə, digər qızım isə 478 balla Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub.
4 övladım var, digər 2 uşağım isə məktəblidir. Övladlarımı oxuda bilməməyimin səbəbi yoldaşımın ağır xəstəlik səbəbindən işləməməsidir. Əvvəl ustalıq edirdi, mən isə məktəbdə müəllim işləyərək,onların ehtiyaclarını ödəyirdik. Lakin hazırda, demək olar ki, gözləri görmür, işləyə bilmir. İndi qalmışam çıxılmaz vəziyyətdə. Qızlarım mənə deyirlər ki, ana, getməyək.
Mənim aylıq maaşım 286 manatdır. Əsas ev problemidir. Hazırda kirayə üçün qızlarıma 200 manat pul ödəyirəm. Bir yandan da yoldaşımın müalicəsi üçün kredit götürmüşük. Mən bu pulla onları oxuda bilmirəm. Hər ay 200 manat onların ev kirayəsinə verə bilməyəcəyəm. Onlar qalacaq yerlə - yataqxana ilə təmin olunsalar, pulsuz bir yerdə qalsalar, birtəhər də olsa, oxudaram.
Sentyabr ayının kirayə pulunu vermişdim. Oktyabrın 5-də yenidən 200 manat ödənməlidir. Buna isə imkan yoxdur. Məcburam, onların təhsilini yarımçıq qoyam, amma bunu istəmirəm. Onların ən böyük arzusu oxumaqdır. Çoxları deyir ki, oxutma, imkanın yoxdur, yarımçıq saxla. Amma mən deyirəm ki, nəyə görə oxutmayım, yazıq deyillərmi? Ödənişli fakültəyə girməyiblər axı, ödənişsizdir. Onların oxumasını istəyirəm, başqa heç nə. Kimsə onlara kömək olsun. Aidiyyəti orqanlardan, vətənpərvər, xeyirxah, imkanlı insanlardan qızlarımın oxumasına kömək olmalarını xahiş edirəm".

Ailənin əlaqə telefonu: 051 437 63 74.

oxu.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: oxuda, Muellime, bilmir, yuksek, toplayan, aci, qizlarini, bal, durumda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ