SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycanda Ordu üçün vergi tətbiq olunsun! – Ekspertdən təklif

Azərbaycanda Ordu üçün vergi tətbiq olunsun! – Ekspertdən təklif

Tarix:

4-07-2019, 14:26

/ 804 dəfə oxundu.
Azərbaycanda Ordu üçün vergi tətbiq olunsun! – Ekspertdən təklif

“Silahlı Qüvvələrə yardım etmək hər bir Azərbaycan vətəndaşının borcudu. Belə bir təşəbbüs ancaq alqışlana bilər”.
Bunu “Yeni Sabah”a hərbi-siyasi icmalçı Ramil Məmmədli baş nazirin müavini Əli Əhmədovun maaşının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə digər yüksək vəzifəli məmurlar da oxşar addımlar atmalıdırlar:

“Dövlət qurumlarına rəhbərlik edən digər şəxslər də Əli Əhmədovun bu hərəkətini örnək götürərək Silahlı Qüvvələrə öz yardımlarını əsirgəməməlidirlər”.

R.Məmmədli təklif edir ki, məsələ ilə bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilsin:

“Hər bir Azərbaycan vətəndaşı ayrıca olaraq Silahlı Qüvvələrə vergi ödəməlidir. Avropanın bəzi ölkələrində belə bir təcrübə var. Bu formada vergi ödənilməsi, Silahlı Qüvvələrə dəstəyin göstərilməsi Azərbaycanın müdafiə imkanlarının, hərbi qüdrətinin daha da güclənməsinə təkan olar. İndiki dövrdə bir çox şey maliyyədən asılıdır”.

Ekspert bu cür təşəbbüslərin ənənə halına gəlməsinin vacibliyini qeyd edib. Bunun hansısa inzibati qayda ilə yox, vətəndaş təşəbbüsü ilə həyata keçirilməli olduğunu deyən R.Məmmədli əlavə olaraq təbliğatların aparılmasını, şüarların hazırlanıb səsləndirilməsini zəruri hesab edir:

“Dövlət tərəfindən hərbi sahəyə kifayət qədər büdcə ayrılır. Lakin müharibə şəraitində olan ölkənin ordusunun hərbi-texniki bazasının daha da güclü olması arzu olunandır. Bunun üçün də vətəndaşların dəstəyi lazımdır. Hər bir şəxs aylıq gəlirindən 2, 3, 5 manat ayırıb Silahlı Qüvvələrə yardım etsə, yaxud vergi kimi versə, bu milyonlarla insanın orduya dəstəyi deməkdir. Avropa ölkələrindən birində maraqlı qayda tətbiq olunur. Belə ki, siqaret qutularında 19 ədəd siqaret satılır, ancaq vətəndaşlar 20 siqaretin pulunu ödəyirlər. 1 siqaret isə Silahlı Qüvvələrə gedir. Bu nümunələrdən biridir. Azərbaycanda da belə bir ənənə, nümunə ortaya qoyulmalıdır. Xarici ölkələrin bu cür nümunələrini Azərbaycan reallığına uyğunlaşdırıb istifadə etməliyik.”

Şərhlər

XƏBƏR LENTİ