SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanlı iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait köçürüb

Azərbaycanlı iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait köçürüb

Tarix:

28-10-2020, 22:14

/ 1 839 dəfə oxundu.
Azərbaycanlı iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait köçürüb

Azərbaycanın cəbhə bölgəsində gedən döyüşlərdə ordumuza nəinki ölkə daxilində, eləcə də, xaricdə yaşayan həmvətənlərimiz də dəstək olur.
Ölkəmiz üçün önəmli bir dövrdə əsgərlərimizə maddi və mənəvi dəstək olmaq hər bir vətəndaşın borcudur.
Xalqxeber.Az xəbər verir ki, bu məqsədlə Rusiyada yaşayan, əslən Azərbaycan Respublikasının Ağcabədi rayonundan olan iş adamı Novruzov Kamil İlham oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10 000 ( on min manat) manat vəsait köçürüb.
Azərbaycanlı iş adamı xalqımızın, hər bir Azərbaycan vətəndaşının hər zaman olduğu kimi, bu gün də dövlətimizin yanında olduğunu qürur hissi ilə vurğulayıb.
İş adamı Kamil müəllimin atası İlham Novruzov Xalqxeber.Az-a açıqlamasında bildirib ki, oğlunun ən böyük arzusu Şuşa şəhərində məscid tikməkdir. İnanırıq ki, torpaqlarımız tez bir zamanda işğaldan azad olunacaq və oğlum bu arzusunu reallaşdıracaq. Allah dövlətimizi, ölkə başçımızı və ordumuzu qorusun.
Azərbaycanlı iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait köçürüb

Şərhlər

XƏBƏR LENTİ