XalqXəbər.Az

Ramiz Mehdiyev Moskvaya gedib

yüklənir...
Ramiz Mehdiyev Moskvaya gedib
21-11-2018, 11:52
yüklənir...

Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik Şuralarının katiblərinin illik görüşü keçirilir

Görüşdə Azərbaycan tərəfdən Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edir.

“Təhlükəsizlik Şuralarının katibləri terrorçuluq fəaliyyətlərinin maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı birgə mübarizə məsələlərini müzakirə edirlər”-Rusiya tərəfinin yaydığı məlumatda deyilir.

Görüşün gündəliyinə habelə MDB məkanında regional təhlükəsizliyin təmin edilməsinin digər aktual məsələləri, təhlükəsizlik Şuralarının xətti ilə beynəlxalq əməkdaşlıq mövzusu müzakirə edilir.

İclası Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıb və çıxışında bildirib ki, gündəmdə MDB ölkələri üçün ümumi olan təhdidlər, çağırışlarla bağlı problemlər dayanır. O bildirib ki, 2017-ci ildə keçirilən sonuncu belə görüşdən sonra MDB ölkələri İŞİD, “Əl-Qaidə” və onlarla bağlı olan terror təşkilatlarının barəsində analitik informasiyaların mübadiləsini təşkil ediblər. Habelə MDB xarici işlər nazirlərinin BMT Təhlükəsizlik Şurası meydançasında Mərkəzi Asiyada regional tərəfdaşlığın qurulması mövzusunun müzakirəsi üçün görüşü keçirilib.

“Habelə bu müddətdə beynəlxalq terror qruplarının fəaliyyətinin qarşısının alınması üzrə komanda-qərargah və praktiki antiterror təlimləri çərçivəsində birgə tədbirlər sınaqdan keçirilib. Hərbi-texniki əməkdaşlıq inkişaf edib”-məlumatda deyilir.

yüklənir...
GÜNDƏM
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.Bütün hüquqlar qorunur