Ramiz Mehdiyev Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşüb - FOTO
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.
Məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.
Görüşdə dini ekstremizm və terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa nəzər yetirilib.
Məsləhətləşmələrin yekununa dair fikirlərini açıqlayan N. Patruşev bildirib ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev isə beynəlxalq informasiya təhlükəsizliyi sahəsindəki vəziyyətdən narahatlığı ifadə edib. O qeyd edib ki, bəzi ölkələr informasiya sahəsində dünyaya öz maraqlarına uyğun oyun qaydalarını yeritməyə çalışır: “Bu üzdən də dünya birliyinin səylərini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində münaqişələrin qarşısının alınmasına, digər ölkələrin daxili işlərinə qarışmamasına yönəltmək lazımdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək