SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Leyla Əliyevaya qarşı: oğlu adam öldürən Nəsimi şefi yaşıllıqları qətlə yetirir – Foto

Leyla Əliyevaya qarşı: oğlu adam öldürən Nəsimi şefi yaşıllıqları qətlə yetirir – Foto

Tarix:

8-10-2018, 15:15

/ 607 dəfə oxundu.
Leyla Əliyevaya qarşı: oğlu adam öldürən Nəsimi şefi yaşıllıqları qətlə yetirir – Foto

Belçikada bir nazir ictimaiyyəti narahat edən xətaya yol verəndə mədəni şəkildə istefa edir. Hollandiyada məmur onun ucbatından azı 5 min adam narahat olubsa, vəzifədən gedir. Bu, istefa mədəniyyətidir, siyasətin sivilliyidir. Azərbaycan məmuriyyətində belə nümunə olmayıb.

Ona görə də çirkaba bulaşan, müxtəlif maliyyə cinayətlərində, vəzifə səlahiyyətindən sui-istifadədə hallanan məmurlar gec-tez dövlət başçısı tərəfindən cəzalandırılaraq işdən azad olunur. Axı özlərində istefa mədəniyyəti yoxdur?!

O məmurlar dövlətin siyasi rəhbərliyindən çəkinməsələr, insanları küçənin ortasında döyərlər, vətəndaşın evindən çölə çıxarıb şallaqlayarlar, kabinetində güllələyərlər. Amma istefa verməzlər.

Bu sırada “gözü çıxan qardaşdan” dərs götürməyən məmurlardan biri də Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovdur.

Bu günədək Əli Həsənov, Ziya Məmmədov, Novruzəli Orucov, Eldar Mahmudov, Səlim Müslümov və onlarla belə məmurlar vəzifədən qovulublar. Onlar da istefa verməyəcəkdilər.

Amma onların aqibətini nəzərə almayan A.Əsgərov gözləyir ki, onu da prezident sərəncamla işindən azad edənə qədər istədiyini qanunsuzluqları həyata keçirsin.

Belə ki, bir neçə il əvvəl oğlu avtoqəzada adam öldürən Nəsimi RİH başçısı indi özü yaşıllıqları qətlə yetirir. Yəni, ata-oğul canlı məhv etməkdədirlər. Hazırda Moskva prospektində, “Şamaxinka” ərazisində ağacların qətliamına hazırlıq gedir.

Sakinlərin sözlərinə görə, çoxillik şam ağacları hasara alınaraq doğranmasını gözləyir. Onların verdiyi məlumata görə, ərazi Nəsimi RİH tərəfindən satılıb və ağacları kəsərək yerində tikinti aparılması planlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti rəhbəri İradə İbrahimova saytımıza açıqlamasında “Şamaxinka”da hasarlanmış ağacların köçürüldüyünü, yerində keçid salınacağını bildirdi.

Nazirlikdən fərqli olaraq, Nəsimi RİH zənglərimizə cavab vermədi və onlardan mövqe öyrənmək mümkün olmadı. Sakinlər isə deyirlər ki, “Şamaxinka”da ilk belə ağac qırğını deyil.

Nəsimi rayonunda yaşıllıqların köçürülməsi və yaxud kəsilməsi ilə həmin yerlərin iş adamlarına satılması adi hal alıb. Bütün bunlar A.Əsgərovun sərəncamları ilə icra edilir.

Deyəsən, oğlunun avtoqəzada dostunun həyatına son qoyması cinayət işindən sıyrılıb çıxmağa müvəffəq olan A.Əsgərov yerini möhkəmləndirib və yenidən arxayın şəkildə Nəsimidə canlıları tələf etməyə başlayıb. Mərhum prezident Heydər Əliyevin “ağacları kəsənlər mənim qollarımı kəsirlər” deməsi, prezident İlham Əliyevin Mətbuat prospektində yaşıllıqlara qarşı genosid edən şirkəti ağır şəkildə cəzalandırması, dövlət başçısının qızı, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın Bakıda və bölgələrdə ağacəkmə kampaniyaları reallaşdırması deyəsən Nəsimi icra başçısı Asif Əsgərovun vecinə deyil.

Ona kim bu külli ixtiyarı verib ki, dövlət rəhbərliyinin siyasətinə zidd getsin? Kim ona bu səlahiyyəti verib ki, şəhərin mərkəzi yerlərini qarış-qarış satsın? Bununla həm təbiəti məhv edir, həm getdikcə tikintilər ucbatından oksigensiz qalan Bakının havası çatışmır, həm də paytaxtda tıxaclar artır.

Amma bunları nəzərə almayan icra başçısı Asif Əsgərov harda yaşıllıq, boş yer görürsə, yüksək məbləğdə qiymətə tikinti firmalarına satır. Xatırlayırsınızsa, bir neçə dəfə “Şamaxinka” sakinləri etiraz ediblər, öz ərazilərini, binalarının həyətlərini qorumağa çalışıblar.

Səbaili “ağ” günə çıxaran A.Əsgərov isə heç kimə məhəl qoymadan Nəsimi darmadağın etməkdədir. Əlbəttə, oğlunu ölüm işindən çıxaran, həbsdən xəstəlik adı ilə yayındırıb ölkə xaricinə göndərən, bu əməllərini ört-basdır etmək, günahlarını yumaq üçün vaxtaşırı cəbhə xəttinə gedərək əsgərlərlə görüşən, cəmiyyətin “gözünə kül üfürən” və özünü patriot kimi təqdim etməyə çalışan bir məmur üçün Nəsimidə ağacları qırdırmaq adi haldır.

Hərçənd, Bakının mərkəzi rayonlarının heç bir icra hakimi cəbhə xəttinə gedərək hərbçilərlə görüşmür, şəkillər çəkdirmir. Heç Asif Əsgərov özü də bunu oğlu İlham Əsgərlinin avtoqəzada “Mcdonalds” şirkətinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevi öldürməsinə qədər etməmişdi.

Elə ki, oğlunun cinayət işi bağlandı, həbsdən ev dustaqlığına çıxarıldı, cəbhə bölgələrinə gedərək hərbi hissələrdə patriotluq eləməyə başladı. Görünən odur ki, ata-oğul üçün istərsə insan, istərsə təbiətdəki canlıların axırına çıxmaqla öz lüks həyatlarını yaşamaq çox rahatmış…

REPORTYOR.info
Leyla Əliyevaya qarşı: oğlu adam öldürən Nəsimi şefi yaşıllıqları qətlə yetirir – Foto
Leyla Əliyevaya qarşı: oğlu adam öldürən Nəsimi şefi yaşıllıqları qətlə yetirir – Foto
Leyla Əliyevaya qarşı: oğlu adam öldürən Nəsimi şefi yaşıllıqları qətlə yetirir – Foto
Leyla Əliyevaya qarşı: oğlu adam öldürən Nəsimi şefi yaşıllıqları qətlə yetirir – Foto
Leyla Əliyevaya qarşı: oğlu adam öldürən Nəsimi şefi yaşıllıqları qətlə yetirir – Foto

Şərhlər

XƏBƏR LENTİ