SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev onları təbrik etdi

İlham Əliyev onları təbrik etdi

Tarix:

16-07-2018, 14:39

/ 1 286 dəfə oxundu.
İlham Əliyev onları təbrik etdi

Prezident İlham Əliyev Fransa prezidenti Emmanuel Makrona məktub ünvanlayıb.

xalqxeber.az xəbər verir ki, Əliyev həmkarını Fransanın futbol üzrə dünya çempionu olması münasibəti ilə təbrik edib: “XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm”.

İ. Əliyev həmçinin, çempionatda ikinci yeri tutmuş Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə də məktub göndərib.

O, xanım prezidenti və xorvat xalqını təbrik edib.

Şərhlər

XƏBƏR LENTİ