SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ərdoğan: Qardaşlığımızı bu günə qədər gətirdik

Ərdoğan: Qardaşlığımızı bu günə qədər gətirdik

Tarix:

10-07-2018, 16:38

/ 972 dəfə oxundu.
Ərdoğan: Qardaşlığımızı bu günə qədər gətirdik

Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram.

Bunu Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bildiyiniz kimi, biz bu qardaşlığımızı “bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq.

Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik.

Bu gün İlham Əliyev ilə təkbətək görüş keçirəcəyik”-deyən, Ərdoğanın sözlərinə görə, sonra nümayəndə heyətləri arasında görüş olacaq:

“Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram.

Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük.

Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək.

Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram”.

Şərhlər

XƏBƏR LENTİ