yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Başladı: 100 il əvvəl. Bitəcək: Heç vaxt! – Cümhuriyyət haqqında qrafik animasiya

Başladı: 100 il əvvəl. Bitəcək: Heç vaxt! – Cümhuriyyət haqqında qrafik animasiya
28-05-2018, 12:08 586 dəfə baxılıb

100 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqin və müsəlman dünyasının tarixində önəmli hadisə idi. Çünki Cümhuriyyətin atdığı addımların çoxu Şərqdə ilk dəfə idi və bu ilklər Qoca Şərqə yeni dünyanın nəfəsini gətirdi. Məhz Azərbaycan Qoca Şərqin Yeni Dünyaya açılan qapısı oldu. Ən yeni tarix, yeni siyasi ideyalar, yeni dövlətçilik modeli bu qapıdan keçərək, Şərqə yol aldı.
Əslində, məsələyə geniş bucaqdan baxsaq, söhbət təkcə Şərqdən getməməlidir. Azərbaycan həmin dövr üçün ən mütərəqqi siyasi və dövlətçilik ideyalarının tətbiqi baxımından Qərbi də xeyli qabaqlamışdı. Məsələn, Azərbaycanda qadınlara seçki hüququ veriləndə heç Qərbdə də qadınların çoxu seçki qutusuna yaxın buraxılmırdı. Biz bu baxımdn hətta ənənəvi demokratiya ölkələri sayılan Britaniyanı və Amerika Birləşmiş Ştatlarını da qabaqlamışdıq.
XX əsrin əvvəllərində yaratdığı dövlətin quruluşca məhz Demokratik Respublika olması ilə Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, demokratiya və respublikaçılıq ideyaları nəinki bizə yad və uzaq deyil, hətta əksinə, biz bu ideallarla yaşayırıq, könüllü şəkildə bu dəyərlərin daşıyıcısıyıq. 100 il əvvəl Azərbaycan Cümhuriyyətində mövcud olmuş demokratiya bugünün özündə dünyanın əksər dövlətlərinin idarəçilik üsulundan daha mütərəqqi və ədalətli idi. Ona görə də, bu gün bəzi dövlətlərin Azərbaycan xalqına demokratiya dərsi keçmək iddialarını görəndə, onlara sadəcə, “Bir dönün, keçmişə baxın” demək lazımdır.
Cümhuriyyətin qurulması o demək idi ki, 100 ildən çox davam edən imperiya əsarəti Azərbaycan xalqının müstəqillik arzusunu və öz dövlətinə sahib olmaq əzmini zəiflədə bilməmişdi. Ömrü çox qısa davam etsə də, Cümhuriyyət Azərbaycan xalqına müstəqilliyin, öz taleyinə sahib olmağın necə şirin, ləzzətli bir nemət oldudunu göstərdi. Həm də elə göstərdi ki, bu dad daha 70 il xalqın damağından getmədi.
Cümhuriyyət yarandığı gündən son anına qədər siyasi, iqtisadi, diplomatik və hərbi meydanlarda ağır mübarizə aparıb. Bu mübarizələrdə çox qurbanlar verilsə də, biz Vətən, Torpaq, Gələcək və İdeallar uğrunda savaşmağı, yeri gələndə bu ideallara qurban getməyi öyrənmişik. Məhz bu təcrübə bizim müasir xalq kimi formalaşmağımıza ilk təkanı verdi.

Cümhuriyyət – Azərbaycan xalqının dağılmış imperiyanın xarabalıqları altından ayağa qalxıb, dünyaya “Mən də varam!” hayqırması idi. Bu, elə bir yüksəliş və elə bir hayqırtı idi ki, daha heç bir qüvvə onun qarşısını kəsə bilməzdi. Bu gün dalğalanan bayrağımız həmin yüksəlişin, səslənən himnimiz isə həmin hayqırtının heç vaxt kəsilməyəcək davamıdır!

Kirpi.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ