yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Netanyahu İlham Əliyevi İsrailə dəvət edib

Netanyahu İlham Əliyevi İsrailə dəvət edib
23-04-2018, 12:40 345 dəfə baxılıb

İsrailin Baş naziri Benyamin Netanyahu prezident İlham Əliyevə təbrik məktubu yollayıb.

Xalqxeber.Az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, əziz dostum.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə ardıcıl olaraq dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.

İsrail ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün bundan sonra da Sizinlə əlaqələrimizi davam etdirmək niyyətindəyik.

Bu xoş fürsətdən istifadə edərək sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram. 2016-cı ilin dekabrında Bakıya unudulmaz səfərim zamanı sizin mənə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Zati-aliləri, Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ