yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“2018-də Azərbaycanın 5 rayonunu qaytarmaq lazımdır” - Kremlin ideoloqu

“2018-də Azərbaycanın 5 rayonunu qaytarmaq lazımdır” - Kremlin ideoloqu
28-12-2017, 10:24 117 dəfə baxılıb

“Rusiya Ermənistan adlı lokal quruma görə öz qlobal geosiyasi maraqlarını qurban verməməlidir”. Musavat.com-un məlumatına görə, bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından biri kimi tanınan, ictimai-siyasi xadim Aleksandr Duqin "Report"a müsahibəsində deyib.
Duqinin sözlərinə görə, 2017-ci ildə dünya birqütblü olmaqdan çıxıb, yeni oyunçular peyda olub. “Rusiya sübut elədi ki, çoxqütblü dünyanın qütblərindən biridir. Bakı ilə münasibətlərin yeni formatı da bununla müəyyənləşir. Azərbaycan rəhbərliyi dünyadakı qüvvələr nisbətində dəyişikliyi olduqca diqqətlə və dərindən dərk edir. 2017-ci ildə prezident İlham Əliyev sübut elədi ki, o, siyasətdə obyekt yox, subyektdir. O sırada Rusiyanın Türkiyə və İranla yaxınlaşmasında, yeni strateji oxun yaradılması məsələsində o, böyük rol oynadı”, - deyə Duqin qeyd edib.
Duqinin sözlərinə görə, xaba, Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarət qütbünə çevrilir və regional siyasətdə onun rolu artır: “Ermənistan isə periferiyada qalacaq. İrəvan təcili şəkildə artıq çıxıb getməkdə olan qatara minməlidir. O zaman o, bölgənin geosiyasətində layiqli yerini tuta bilər”.
Dağlıq Qarabağla bağlı gözləntilərdən danışan politoloq xüsusi qeyd edib ki, 2018 həm də Qarabağ münaqişəsinin nizamlanması baxımından çoxqütblü dünyanın qurulub qurtarmasında həlledici il olmalıdır: “Fikrimcə, Azərbaycan buna - bölgədə öz statusunu qaldırmağa hazırdır. Burada ilk növbədə Dağlıq Qarabağ problemini həll eləmək lazımdır - hansı problem ki, müəyyən mənada Azərbaycanın potensialını əngəlləyir. Bu, Rusiya-Azərbaycan əlaqələrində yeni bir yüksəliş olacaq”
Duqinə görə, istənilən konfliktin həllində iki mərhələ vacibdir: “Nəzəri həllin tapılması və ardınca implementasiya. Yəni həllin həyata keçirilməsi. Əslində nəzəri cəhətcə sıçrayış bir ildən çoxdur ki, baş verib. 5 rayonun Azərbaycana verilməsi haqda qərar 2016-cı ildə işlənib. Bu həllin nəzəri paradiqması bütün tərəfləri qane edir. Digər regional dövlətlər, hətta Qərb də ona qarşı deyil. Bunun həyata keçməsini isə yalnız erməni tərəfi ləngidir. Serj Sərkisyan hər dəfə bu implementasiyanı uzadır”.
Daha sonra rusiyalı politoloq etiraf edir ki, Rusiya Ermənistanı ata bilməz: “Ermənistan bizim müttəfiqimizdir və buna şübhə yox. Ancaq məsələ ondadır ki, biz Ermənistan adlı lokal quruma görə öz qlobal geosiyasi maraqlarımızı qurban verməməliyik. Ermənistan bizim Türkiyə və Azərbaycanla münasibətlərimizdə sualtı daş ola bilməz”.
Gələn il həm Azərbaycanda, həm də Ermənistanda prezident seçkilərinin keçiriləcəyini xatırladan Duqin deyib ki, 5 rayonun qaytarılmasının tarixi dəyəri qat-qat böyükdür, nəinki hansısa seçki debatları.
Onun əminliyinə görə, münaqişənin həllinin uzanması halında situasiya geridönməz şəkildə kəskinləşə bilər. “Ona görə də hesab edirəm ki, 2018-də Azərbaycanın 5 rayonunu qaytarmaq lazımdır... Əgər real nizamlama prosesi işə düşərsə, o zaman Rusiya ilə Azərbaycan arasında inteqrasiya güclənəcək. Bu heç də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə birbaşa daxil olması prosesi demək deyil. Bu, Rusiyanın regionda Azərbaycana və Ermənistana münasibətinin tarazlaşması demək olacaq”.
Politoloqa görə, Moskva bölgədə sərbəst və tamhüquqlu oyunçu olacaq müstəqil və suveren Azərbaycanda maraqlıdır. “Biz hətta rusiyayönlü Azərbaycanda yox, azərbaycanyönlü Azərbaycanda maraqlıyıq. Azərbaycanın güclənməsi - Rusiyanın Türkiyə və İranla əlaqələrinin güclənməsi üçün imkan deməkdir. Bütün hallarda Bakı Moskva-Ankara-Tehran üçbucağı üçün strateji qapıdır. Bu ittifaqda Azərbaycan əsas konstruksiyaya çevrilməkdədir. Bu gün geosiyasi stavkalar olduqca böyükdür. Odur ki, hamımız ardıcıl hərəkət eləməliyik”, - sonda o əlavə edib.

Musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , lazimdir, Kremlin, 2018 de, ideoloqu, rayonunu, qaytarmaq, 5, Azerbaycanin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ