SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » 5 rayon Azərbaycana qaytarılır? - Kremlin ideoloqu AÇIQLADI

5 rayon Azərbaycana qaytarılır? - Kremlin ideoloqu AÇIQLADI

Tarix:

14-09-2017, 14:56

/ 90 882 dəfə oxundu.
5 rayon Azərbaycana qaytarılır? - Kremlin ideoloqu AÇIQLADI

“Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Rusiya bu münaqişədə sülh yaradan tərəf kimi çıxış edir, lakin hazırkı status-kvo nə bizi, nə də tərəfləri təmin edir”.

Bu barədə Kremlin ideoloqu kimi tanınan Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin “Moskva-Bakı oxu” konfransında deyib.

Politoloqun sözlərinə görə, Ermənistan Qarabağa nəzarət edir, lakin Rusiya Azərbaycanı ərazi bütövlüyünü tanıyır: “Güc variantı bu münaqişədə həll yolu deyil. Lakin biz buna yaxınlaşdıq. Azərbaycan güclənir və regionda güc balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın dostudur, tərəfdaşıdır, lakin Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. İki ölkə arasında hərbi və digər sahələrdə yaxınlaşma gedir. Amma bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil. Əksinə, Rusiya ikitərəfli münasibətlərə əsaslanır”.

A.Duqin əlavə edib ki, Qarabağ münaqişənin həllində irəli hərəkət etmək üçün Ermənistan işğal olunmuş 5 rayonu sözsüz Azərbaycana qaytarmalıdır.

Şərhlər

XƏBƏR LENTİ