yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Canlı yayımda elə hərəkət etdilər ki... - Murad şoka düşdü

Canlı yayımda elə hərəkət etdilər ki... - Murad şoka düşdü
2-06-2017, 14:31 275 983 dəfə baxılıb

Tamaşaçılar ötən gün "Maşın” realiti şousunda böyük bir mübahisənin şahidi olub. Aktrisa Pərvin Abıyeva ilə Səidə Sultan arasında qalmaqal yaşanıb.

Müsabiqənin sonlarına yaxın Səidə iştirakçıların səs üçün müraciət formasını qınayıb: "Hər şeyi qəmli notlara kökləməyin. Nə olar ki, normal formada səs istəyin”.
Pərvin isə Cavad Rəcəbovun Kənan Mahmudovu çıxaracağından ehtiyat edərək dostu üçün səs istəyib:
"Mənə maraqlıdır ki, Səidə özünə necə səs istəyəcək? Səsvermənin qaydaları var. Kənanın yerində mən təhlükədəyəm. Hamıdan səs istəyirəm. O getsə, elə bilin mən getmişəm”.
Səidə isə yerdən onun sözlərinə "Ay Allah” deyərək söz atıb. Pərvin əsəbiləşərək müğənninin söz atmasına sərt reaksiya verib. Həmin mübahisə zamanı hər iki iştirakçının mikrafonu söndürülüb. Davaya aparıcı Mübariz Dadaşov müdaxilə edib. O, aktrisanın əlini tutaraq ona mane olmağa çalışıb. Kadrlardan Murad Dadaşovun iki məşhurun söz davasından şoka düşdüyü hiss olunur.

Nədənsə, efirlərdə, mediada öz sakitliyi ilə diqqət çəkən, qalmaqallardan uzaq gəzən Pərvinin bu görüntüləri hər kəsin təəccübünə səbəb olub. Sosial şəbəkələrdə aktrisanın hərəkəti tənqid atəşinə tutulub, əsl üzünün açıldığını bildiriblər.

Abıyeva bundan sonra rəsmi instaqram hesabında geniş bir açıqlama yayıb:

Bu gün yaşananlara görə hər kəsdən üzr istəyirəm. Mən orda göründüyü kimi həyasız və ləçər biri deyiləm. Məni o həddə çatdırdılar. Nevroz xəstəsi olduğum üçün yarışmadan əvvəl psixoloqla danışıb sakitləşmişdim. Bu proqramın qayda, qanunları var. Bu qanunlara uyğun olaraq ailəyə, şəxsiyyətə toxunmaq olmaz. Mən danışdığım yerdə Səidə xanım öz doğma qardaşıma söz atdı. Mənim ailəmə heç kim dil uzada bilməz. Nəzərinizə çatdırım ki, efirtdə söyüş olmayıb. Nə məndən, nə də ki, qarşı tərəfdən”.

Sözügedən görüntüləri 1:36-cı dəqiqədən izləyə bilərsiz:


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Murad, ki, etdiler, Canli, hereket, ele, dushdu, shoka, yayimda,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ