XalqXəbər.Az

Flora Kərimovanın ölümünü istəyən kimdir?

yüklənir...
Flora Kərimovanın ölümünü istəyən kimdir?
26-11-2018, 13:08
yüklənir...

"Mən ölməsəm, sağ qalsam, görməyəcəksən. Öləndə də sözüm eşidilir. Bir az dilinə sahib dur. Ehtiyatlı ol. Başıma bir iş gəlsə, vəsiyyət edirəm, səndən soruşacaqlar".

Bu sözləri xalq artisti Flora Kərimova "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Müğənni adını çəkmədiyi birinin onu öldürmək istədiyini söyləyib:

"Əlimdə palaz boyda kimliyindən kağız var. O qədər o, özündən razıdır ki, məni təhqir edir?

Heç olmasa, əməliyyat etdirərdin ki, o xal görsənməzdi. Bunu əməliyyat etdir, sonra da qrimlə ki, görsənməsin. Bəs bilmirsən ki, leylək başını gizlətsə də, külək quyruğunu ora-bura edir? İstəyir, onu öyrət, bunu öyrət, istəyir sənətkarları öz istəyinə tabe et, səni tərifləsinlər. O kürsünü görməyəcəksən.

Bilirsiz nədir, 78 yaşım var. Mənim yaşıma çatın, ağlınızı itirməyəsiz, 4 insultdan sonra özünüzü, sözünüzü biləsiz. Bəsdir məndən danışdınız. Onsuz da qurban olduğum sizin acığınıza məni aparmır. Nə qədər özünüzü öldürürsünüz, saçınızı yolursuz, aparmır.

Yaradan övladlarımı düşünür ki, 78 yaşım var. Qızım mənə deyir ki, sən təki yaşa. Bizim ənənəmiz var. Mən qızıma hər səhər və axşam sağlığım haqda yazıram ki, hər şey yaxşıdır".

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.