yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanlı məhşurların başına gələn HADİSƏLƏR

Azərbaycanlı məhşurların başına gələn HADİSƏLƏR
17-01-2017, 13:59 414 dəfə baxılıb
yüklənir...

Zaman-zaman yaşadığımız həyat boyu hər birimizin başına müxtəlif hadisələr gəlir. Bəzən illər keçsə belə, bu hadisələri unutmuruq. Adətən bu hal dost məclislərində çayın yanına gözəl söhbət olur. Maraqlıdır ekrandan görüb tanıdığımız məhşurların maraqlı hekayələri varmı?

Azərbaycanlı məhşurlara bu günə qədər başınıza gələn ən maraqlı hadisə nədir sualını ünvanladıq.

Aparıcı Şəhriyar Əbilov: "Ən başda "Qəfəs" realiti şousunda min nəfərin içərisindən seçilib iştirak etməyim olub. Bir də Gürcüstana həyatımda birinci dəfə getməyim olub.Tiflisə getdiyim gün yağış- sel olduğundan, həmin gün zoopark açılmışdı və mənim kirayə qaldığım bloka xüsusi təyinatlılar daxil olub, güllə ilə qara panteranı vurdular. Təsvvür edin ki, mən evə 5 dəqiqə gec girsəydim artıq onun qarnındaydım. Bizim küçə ilə üz-übəüz küçədə olan bağçanın həyətinə zooparkdan qaçan 13 canavar girmişdi və elə onları bağçanın həyətində də güllələdilər. Əgər onları iynə ilə yatızdırsaydılar, yarım saat sonra oyanıb camaata hücum edə bilərdilər. Bu səbəbdən heyvanlar güllələndi. Bu da mənim Tiflisə ilk səfərimdə başıma gələnlər".

Müğənni Murad Arif: "Bir dəfə İsveçrədən Montre Caz Festivalından qayıdırdıq. İstanbul Hava Limanında saatlarımızı səhv təyin etmişdik və son anda ayıldıq ki, bizim təyyarəmiz uçuşa hazırlaşır. Qaça-qaça hava limanın bir başından o biri başına çatdım, amma gecikdim və nəticədə hava limanında gecələdik".

Müğənni Aysel Əlizadə: "Venesiyada olanda lotkada selfi çəkirdim və az qaldı ki, yıxılım. Amma şükürlər olsun orda məni qorudular və yıxılmağa imkan vermədilər. Bir çox hadisə var, amma hələki maraqlı hadisə kimi bu başıma gəlib".

Rəqqasə Aytən: "Ən maraqlısı getməli olduğum toyu səhv salmağım olub. Mənim rəqss etməli olduğum toy 2-ci mərtəbədə imiş, mən isə 3-cü mərtəbədəki toyda oynamışam. Sonda pulumu istəyəndə, dedilər ki, biz rəqqasə dəvət eməmişik. Sonra bildilər anlaşılmazlıq olub. Bəyin atası artıqlaması ilə pulumu verdi".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-06-2017


23-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ