SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda yeni yol tikiləcək - Prezident 3 milyon ayırdı

Azərbaycanda yeni yol tikiləcək - Prezident 3 milyon ayırdı

Tarix:

5-10-2017, 22:38

/ 100 449 dəfə oxundu.
Azərbaycanda yeni yol tikiləcək - Prezident 3 milyon ayırdı

Prezident İlham Əliyev Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Ümumi uzunluğu 22 kilometr olan avtomobil yolunun tikintisi məqsədi ilə prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə isə 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə yolun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ