yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Məşhurlarımızın 80 faizi bu əməliyyata girib... - Yeni “virus” dalğası

Məşhurlarımızın 80 faizi bu əməliyyata girib... - Yeni “virus” dalğası
30-08-2017, 12:16 138 291 dəfə baxılıb
yüklənir...

Ötən gün teleaparıcı Nəsib Nurun 24 kq arıqladığını əks etdirən fotolar yayılandan sonra məşhurların pəhriz mövzusu yenidən gündəmə gəlib. Azərbaycanda arıqlamaq istəyən hər kəs 3 vasitədən istifadə edir. Bunlara pəhriz, idman və əməliyyat aiddir. Şou-biznesdə hər üç üsuldan faydalanan məşhurlara rast gəlmək olar.
Məsələn, Sevda və Emma Ələkbərzadə bacılarını, Abbas Bağırovu, Murad Arifi misal çəkmək olar. Lakin ulduzların çoxu vaxt itirməkdənsə, bıçaq altına girib əməliyyata üstünlük verirlər. Ən asan əməliyyatla arıqlama üsulu isə liposaksiyadır. Aygün Kazımova, Fatimə Fətəliyeva, Lalə Məmmədova, Təranə Səmədova bu piy sovurma əməliyyatından faydalanıblar. Maraqlıdır ki, idman məşqçiləri dietoloqların, dietoloqlar da onların arıqlatmaq metodlarını bəyənmir.

Bəs hansı yol insanın səhhətinə daha zərərlidir?

Pastik cərrah Sevinc Təbrizli şou-biznes üzvlərinin 80 fazinin liposaskiya etdirdiyini iddia edib:

“Elə tip bədən quruluşlu xanımlar var ki, nə pəhriz, nə də idman etməklə istədiyi nəticəni əldə edə bilir. Buna “depo” piyləri deyilir. İllərlə toplanan piylər toplusudur. Qadın var ki, çox incədir, ancaq bəlli yerlərdə piy kütləsi var. Nə qədər etsə də, həmin nahiyədə piylər yox olmur. Belə olan halda onlar liposaksiya etdirməyə məcbur olurlar.
Mədə kiçiltmə əməliyyatı, bariatrik cərrahiyyə isə tamam fərqlidir. Şəkər xəstələri demək olar ki, bundan xilas olurlar. Onun çox müsbət tərəfləri var. Belə əməliyyat olmaq istəyənlərin çəki indeksi qarşılarına qoyulur. İndeksin üzərindəsənsə, əməliyyata girəcəksən. Ancaq Liposaksiyada belə bir indeks yoxdur.

Azərbaycanda çox məşhurlar, demək olar ki, 80 faizi liposaksiya üsulu ilə arıqlayıb. Əməliyyat olunmaq istəyənlərin fiziki sağlamlıqları daha önəmlidir. Əgər xəstənin səhhətiylə bağlı problemləri varsa, əməliyyata götürmək olmaz. Mütləq analizlər olunmalı, düzgün məlumatlar yer almalıdır”.

Dietoloq Tutu Zeynalova açıqlamasında bildirib ki, piylənmədən əziyyət çəkən insanlar əməliyyatdan sonra verdiyi çəkini geri alırlar:

“Dieta sözünü bizim cəmiyyətdə nədənsə aclıqla eyniləşdirirlər. Bu yanlışdır. Artıq çəkinin oqranizmə böyük zərəri var. Artıq çəki insanda şəkər, ürək-damar, onkoloji xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Boşuna artıq çəkini “21 əsrin epidemiyası” adlandırmayıblar. Bu gün araşdırmalar və hesablamalardan məlum olur ki, yaxın illərdə 3 nəfərdən biri şəkər olacaq. Başımızın altında yatan ən böyük səbəb artıq çəkidir. Passiv həyat tərzimiz var, hər şeyi ayağımıza gətirə bilərik. Bütün bunlar xəstəliklərə dəvətnamə göndərir.

İdman hər bir insana lazımdır. İdman edən insanın qan dövranı yaxşılaşır. İdman və dietanın qeyri-sağlam bir şey olduğunu deyənlərin şüuruna şübhə edirəm.

Bu gün əməliyyatlar gündəmdədir. Ancaq əməliyyatlar nə zaman ola bilər. Xəstə 140-160 kq çəkidə həkimin yanına gedirsə, gecə boğulursa, iki şəkərli diabet olma astanasındadırsa, ürək-damar xəstəliyinin riski artırsa və arıqlaya bilmirsə, əməliyyat etmək lazımdır. Bu müdaxiləni həyatı xilas etmək üçün edildiyini düşünün. Amma şablon olaraq hər kəs müraciət edə bilməz. Bədən kütləsi 40-ın üzərində olan 3-cü dərəcə piylənmədən əziyyət çəkən insanlar 98 faiz hallarda verdiyi çəkini geri alırlar. Bu, fakt olaraq Dünya Səhiyyə Təşkilatın ortaya qoyduğu rəqəmdir.

Bundan başqa, aclıq pəhrizi, 12-21 yaş arası inkişafda olan orqanizmi anoreksiyaya apara bilər. Müəyyən sağlamlıq problemi yaşayısan. Həftəyə 1 kq yağ vermək normal və idealdır. Kiminsə iradəsi yoxdursa, müzakirəni başqa yerə yozurlar”.

Məşqçi Ceyhun Vəliyev də əməliyyatdan sonra yağlanma prosesinin yenidən aktivləşdiyini söyləyib:

"Şou-biznes nümayəndələrinin çoxunun tənbəl olduğu üçün bəziləri əməliyyat yolunu seçir, mədəkiçiltmə, liposakşın edirlər. Bu bir işə yarayırsa, insanlar arıqlama üçün daha çətin olan idmanı niyə seçirlər? Biz və tələbələrimiz niyə aylarla əziyyət çəkirik? Qısa dövrdə bu əməliyyatlar özünü göstərsə də, effektsiz yağdan qurtulma vasitəsidir.

Səbəbi yağlanma zamanı daxildəki bədən üzvlərinin düzgün çalışmaması və maddələr mübadiləsinin düzgün işləməməsidir. Bu zaman həmin yağlardan xilas olmaq üçün əməliyyata baş vurulur. Ancaq bir müddət sonra yağlanma prosesi yenidən başlayır. Arıqlamaq üçün mütləq şəkildə əməliyyat olunsa belə məşqlə bunu dəstəkləmək lazımdır. Yoxsa yenidən əvvəlki yağlara qovuşmağınız qaçılmaz olacaq”.
Ən çox çəkisi ilə müzakirə olunan, müəyyən vaxtlarda həm idman, həm də əməliyyatla xeyli çəki itirən Təranə Səmədova kökəlməyə meyilli olduğunu bildirib:

“Ən doğrusu düzgün qidalanma və idmandır. Əməliyyat qısa müddətə ərzində nəticə əldə etmək üçündür. Çünki, idman və düzgün qidalanma çünü iradə, əzm, dözüm və vaxt lazımdır. Mən kökəlməyə çox meyilli olduğum üçün bezirəm. Stabil olaraq həyat tərzi sürənlər üçün ən ideal seçim sağlam həyat tərzi ilə çəki atmaqdır. Ən əsası yuxu rejimin düzgün olmasıdır”.

Bəstəkar-müğənni Murad Arif isə ciddi pəhriz sayəsində indiki görünüşə sahib olduğunu vurğulayıb:

“Əməliyyatlardan uzağam.Ciddi pəhriz və yüngül kardio ən effektiv üsuldur. Mən 30 kilonu belə itirdim. Qidamı rejimdə saxlayram. Unlu, şəkərli, düyü və kartofdan uzağam.Ümumiyyətlə arıqlama üçün məqsədin, hədəfin olmalıdır.

Mən də məqsədyünlyəm demək ki. Dəyişiklikdən sonra ətrafımdakı insanlar məni daha çox sevdilər. Özümə inamlı olmağımla yaxınlarıma daha pozitiv göründüm. İşimdə daha produktiv oldum”.

“Qafqazinfo”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: virus, emeliyyata, Yeni, faizi, Meshhurlarimizin, 80, dalgasi, , girib, bu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ