SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Öpüşməyin elmi cəhətdən sübut edilmiş 6 faydası – 1 saat öpüşsəz..

Öpüşməyin elmi cəhətdən sübut edilmiş 6 faydası – 1 saat öpüşsəz..

Tarix:

9-01-2018, 11:33

/ 2 668 dəfə oxundu.
Öpüşməyin elmi cəhətdən sübut edilmiş 6 faydası – 1 saat öpüşsəz..

Öpüşməyin insanın sağlamlığı üçün bir çox faydası var.
Elm adamı Cessika Karpani Beynəlxalq Öpüş Gününə həsr olunmuş məqaləsində qeyd edir ki, “öpüşmək” sözünün özü artıq müsbət emosiyalar yaradır. Üstəlik elm öpüşməyin azı 6 faydasının olduğunu sübut edib.

1. Öpüşmək əhval-ruhiyyəni qaldırır.

İnsanın öpüşərək işə getməsi onun əmək qabiliyyətini xeyli yaxşılaşdırır. Bunun elmi izahı var: Öpüşmək yaxşı əhval-ruhiyyə hormonu olan oksitosinin qandakı miqdarını artırır.

2. “Selik mübadiləsi” immuniteti artırır.

“Selik” sözü ilk səslənişdə adamı bir az diksindirir, amma öpüşərkən mübadilə olunan ağız seliyi sizi sərt qışın soyuqdəyməsindən qoruya bilər. Ümumiyyətlə öpüşməyi immun sisteminin gücləndirilməsi proseduru hesab etmək olar. Qeyd edək ki, öpüşmə zamanı hər 10 saniyədə 80 milyon bakteriya mübadilə olunur. Yəni ağızdan-ağıza keçir.

3. Öpüş sizə uyğun olanı sizdən yaxşı tanıyır.

Öpüşmə tərzi insan haqqında hər hansı təfərrüatlı xasiyyətnamədən daha dəqiq informasiya daşıyır.58 kişi və 122 qadın arasında aparılmış araşdırma mühüm bir həqiqəti aşkara çıxarıb. Kişilərin 59, qadınların isə 66 faizi deyib ki, ilk öpüş onların qarşı cinslə münasibətə son qoymasının əsas səbəbi olub.Öpüşmə zamanı partnyor barədə qoxu, dad və əhval-ruhiyyə kimi mühüm informasiyalar alınır. Bütün bu informasiya toplanaraq beyinə gedir və beyin bu öpüş sahibi ilə gələcək münasibətə qərar verir.

4. “Març-murç” kalori yandırır.

Öpüşmək də bir növ idmandır. Qucaqlaşma və öpüşmə prosesində üzün 34 əzələsi iştirak edir və hər dəqiqədə 26 kalori yanmış olur. Bu isə o deməkdir ki, 10 dəqiqə öpüşməklə “Mars” şokoladından alınan kalorini sərf etmək olar.

5. Stresi azaldır.

Öpüş stres hormonu kortizolun miqdarını azaldır.İşdə alınmış stresi, evdə öpüşməklə heçə endirmək mümkündür.

6. Öpüşməyə allergiyanız yoxdursa, öpüş allergiya dərmanıdır.

Öpüşmək allergiklərə də kömək edə bilər. Amma bunun üçün sevdiyinizlə bir saat-filan öpüşmək lazım gələcək.Atopic dermatit və ya allergik rinit (burun qıcılanması) pasientlərinin yaxşı musiqinin müşayiəti ilə yarım saat öpüşməsi bu xəstəliklərin simptomlarını əhəmiyyətli dərəcədə azaldır.

Saglamheyat.com

Şərhlər

XƏBƏR LENTİ