SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bir şəxs ömrü boyunca 20160 dəqiqə öpüşür – MARAQLI FAKTLAR

Bir şəxs ömrü boyunca 20160 dəqiqə öpüşür – MARAQLI FAKTLAR

Tarix:

12-01-2018, 14:31

/ 2 904 dəfə oxundu.
Bir şəxs ömrü boyunca 20160 dəqiqə öpüşür – MARAQLI FAKTLAR

Almaniyada aparılan bir araşdırma zamanı maraqlı nəticə əldə olunub. 100-dən çox cütlük arasında aparılan araşdırma zamanı iştirakçılardan üçdə ikisinin öpüşərkən başını sağa doğru əydiyi aydınlaşıb. Elm adamlarının fikrincə, öpüşərkən heç bir məqsəd olmadan başımızı sağa doğru əyməmizin səbəbi ana bətnində ikən aldığımız mövqedir. Araşdırmaçılar başı sağa əyməyi təbii davranışın xaricə vurması kimi açıqlayıb. Ailem.az sevginin göstəricisi olan öpüşməklə bağlı maraqlı fikirləri təqdim edir.

Öpüşmək əzələləri çalışdırır

Sadəcə bir öpüş üçün 146 əzələmiz koordinasiya olur. Bunların 34-ü üzümüzdə, 112-si isə postural əzələlərdir. Öpüşmə üz əzələlərini çalışdırdığı üçün qan dövranını artırır, qırışların qarşısını alır və yorğunluq hissini azaldır.

Öpüşmək qadağandır

16 avqust 1439-cu ildə VI Kral Henri İngiltərədə öpüşməyi qadağan edir. Bunun səbəbi krallıqda xəstəliklərin yayılmasının qarşısını almaq idi. Daha sonraları 16-cı əsrdə Neapolda öpüşmək sadəcə qadağan olunmaqla qalmadı, ölümlə cəzalandırılırdı.

Fransız öpüşü

Fransız öpüşü üz əzələlərinizin hamısını çalışdırarkən, adi bir yanaqdan öpmə sadəcə iki əzələnizi işlədir.

Öpüş qadağası

1930-cu ildə “Hays Code” adlı serialdan sonra ekranlara senzura gəldi, cütlüklərin yatmış vəziyyətdə öpüşməsi qadağan olundu. 1960-cı illərin sonlarında bu qadağa aradan qaldırıldı.

Öpüşmə rekordu

“Ginnessin Rekordlar Kitabı”na ən uzun öpüş taylandlı Ekkachai və Laksana Tiranarat cütlüyü tərəfindən düşüb. Cütlük 58 saat, 35 dəqiqə və 58 saniyə boyunca öpüşüb.

Öpüşmək həyat qurtarır

Öpüşmək immunitet sistemini qüvvətləndirir, ömrü uzadır. Aparılan araşdırmaya görə, evdən çıxmadan öncə sevdiyini öpən kişilərin öpməyənlərdən beş il daha çox yaşadığı məlum olub.

İtalyan öpüşü

Dünya üzərində gəlinən ümumi nəticəyə görə, ən gözəl italyanlar öpüşür.

Öpüşmək sağlamlığa çox faydalıdır

Öpüşmək kalori yandırmağı təmin edir, immunitet sistemini gücləndirir və ağrıları aradan qaldırır. Öpüşdüyünüz hər an, dəqiqədə təxminən 6.4 kalori yandırırsınız. Bunun üçün öpüşməyə əyləncəli bir idman da deyə bilərik. Öpüşmə zamanı ağızdakı tüpürcək axışı artdığı üçün diş problemlərinin də qarşısını alır.
Bir insan həyatının iki həftəsini öpüşərək keçirir.
Mütəxəssislər bir şəxsin ömrü boyunca təxminən 20160 dəqiqə öpüşdüyünü söyləyir.

Şərhlər

XƏBƏR LENTİ