yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Hamiləlikdə cinsi əlaqə qadağandır? – HƏKİM YAZIR

Hamiləlikdə cinsi əlaqə qadağandır? – HƏKİM YAZIR
21-09-2017, 13:17 108 966 dəfə baxılıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun hamiləlikdə cinsi əlaqə haqda məqaləsini təqdim edirik.

İnsanda aclıq, susuzluq, özünü müdafiə kimi instinktlərlə yanaşı, məqsədi insan nəslini davam etdirmək olan cinsi instinkt də vardır. Bu instinkt insanın libido (cinsi istək) adlı daxili enerjisini aktivləşdirir. Fərdin ehtirası bu enerjidən qaynaqlanır.

Ehtiras mövzusu inkişaf etmiş cəmiyyətlərdə insanların bir-biri ilə bölüşdüyü bir mövzu olsa da, inkişaf etməkdə olan cəmiyyətlərdə qadağan olunmuş mövzu olaraq qalır.
Cinsi mövzunun bu gizli xüsusiyyətini qoruması səbəbi ilə cinsi əlaqə ilə bağlı gələcək ana və ata çox zaman həkimlərindən soruşmadıqları və bəlkə də soruşa bilmədiklərindən biliklərinin yetərsiz olduğu mövzu olaraq qalmaqdadır.

Həkimlər əksər hallarda gələcək ana və ata ilə görüşləri zamanı bu mövzu üzərində çox dayanmırlar. Cinsi mövzu bir çox hallarda hamiləliklə əlaqədar bir problem olduğu zaman aktuallaşır və bu halda adətən cinsi əlaqənin bir müddət qadağan edilməsi ilə gündəmə gəlir.

Hamiləlik müddəti qadın orqanizmində fiziki və ruhi dəyişikliklərin meydana gəldiyi müddətdir. Libido (cinsi istək) bu dəyişikliklərlə əlaqədar hamiləliyin bəzi müddətlərində azala, bəzi müddətlərində isə normala qayıda və hətta arta bilər. Libidodakı dəyişikliklər gələcək anada daha qabarıqdır, gələcək atada isə libido dəyişikliyi adətən minimaldır və ya heç bir dəyişiklik müşahidə olunmur.

Hamiləlik zamanı cinsi əlaqə aşağıdakı hallarda məhdudlaşdırılmalıdır:

Əvvəlki hamiləliklərdə: adəti düşük, vaxtından qabaq doğuş, uşaqlıq boynu çatışmazlığı və bununla əlaqədar vaxtından qabaq doğuş və ya düşük təhlükəsinin olması

Hazırkı hamiləlikdə: düşük təhlükəsi, vaxtından qabaq doğuş təhlükəsi, dölyanı mayenin vaxtından qabaq axması, vaginal qanaxma, genital nahiyədə infeksiya kimi kənara çıxma halları olan qadınlar bu hallar aradan qalxana qədər cinsi əlaqədə olmamalıdırlar. Cinsi əlaqənin qadağan olunduğu müddət həkim tərəfindən müəyyənləşdirilir.

Döldə ağır inkişaf ləngiməsi və ya başqa səbəblə əlaqədar fetal distress riski yüksək olan hamilələr də həkimin təyin etdiyi müddətdən sonra cinsi əlaqədə olmamalıdırlar.

Bu risk faktorları olmayan hamilələrə cinsi əlaqə qadının özünü narahat hiss etməməsi şərti ilə bütün hamiləlik boyu icazə verilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: YAZR, Hamilelikde, HEKM, elaqe, qadagandir, cinsi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-12-2017


14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ