yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Azərbaycan Ordusu yenidən öz gücünü ortaya qoyacaq" – Əli Həsənovdan Aprel döyüşləri AÇIQLAMASI (VİDEO)

5-04-2017, 11:19 59 638 dəfə baxılıb
yüklənir...

"Azərbaycan dövləti və onun Ordusu heç vaxt işğal faktı, ərazilərinin bir qisminin iğalda saxlanması ilə barışmayacaq”.

Xalqxeber.Az bildirir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Aprel döyüşlərinin ildönümü ilə bağlı "CBC” telekalına verdiyi müsahibəsində deyib.
O, qeyd edib ki, Aprel döyüşlərinə qədər danışıqlar prosesini ermənilərin uydurduğu qeyri-konstruktiv iddialarla uzatmağa çalışan beynəlxalq dairələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvləri, ATƏT-in Minsk qrupunun həmsədrləri bir-birinin ardınca prezident İlham Əliyevə zəng etməyə başladılar: "Ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Burada qeyd olunur ki, erməni işğalçı qüvvələri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdırlar, işğal altındakı ərazilər azad olunmalıdır. Bu iradəni beynəlalxaq aləm reallaşdırmasa, Azərbaycan Ordusu bu iradəni öz gücü ilə reallaşdıracağı heç kimdə şübhə doğurmur. Bu mesajın nəticəsidir ki, o vaxta qədər danışıqlar prosesini müxtəlif bəhanələrlə, ermənilərin uydurduğu qeyri-konstruktiv iddialarla uzatmağa çalışan həmin beynəlxalq dairələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvləri, ATƏT-in Minsk qrupunun həmsədrləri bir-birinin ardınca prezident İlham Əliyevə zəng vurmağa, Azərbaycan və Ermənistan prezidentlərinə çağırışlar etməyə, bəyanatlar səsləndirməyə başladılar ki, təcili şəkildə danışıqlar masası arxasına oturmaq lazımdır, status-kvonun aradan qaldırılması yolları aranmalıdır, danışıqlar prosesi intensivləşdirilməlidir. O vaxta qədər biz belə xahişlər irəli sürürdük, Xarici İşlər nazirliyi və digər xəttlərlə həmin çağırışları edirdik. Aprel döyüşlərindən sonra beynəlxalq aləmin özü bu münaqişənin günlərin birində daha sərt şəkildə alovlanacağı, Azərbaycan Ordusunun işğal altında olan son kəndə qədər gedəcəyi reallığını qəbul edərək, özləri bu prosesi intensivləşdirməyə başladılar. Biz bundan çıxış edərək düşünürük ki, mövcud status-kvo yaxın zamanda aradan qalxacaq. Əgər bu baş verməsə, Azərbaycan Ordusu yenidən öz gücünü ortaya qoyacaq”.
Ə.Həsənovun sözlərinə görə, Aprel döyüşləri zamanı xalq arasındakı ab-hava ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndə yaranan nikbin əhval-ruhiyyənin ikinci bir mərhələsi idi: "Həmin gün Ali Baş Komandan Azərbaycan xalqına müracət etsəydi ki, hamı bir nəfər kimi silahlansın, işğal altındakı torpaqları azad etməyə gedirik, mən əminəm, yeddidən yetmiş yeddiyə qədər bütün Azərbaycan əhalisi silaha sarılıb işğaldakı torpaqların azad edilməsi siyasətinə qoşulacaqdı. Bu, 1993-cü ildə ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndə yaranan nikbin əhval-ruhiyyənin ikinci bir mərhələsi idi. Bu, faktiki olaraq həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 93-cü ildən bu günə qədər olan dövrün, həm də Azərbaycan Ordusuna olan inamın, eyni zamanda Azərbaycan xalqının birləşməsi ilə bağlı ortaya qoyulan yeni stimulun başlanğıcı idi. 2016-cı ilin aprel ayından başlayaraq Dağlıq Qarbağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində və Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətdə yeni bir dövr başlanır. Bu dövrü xarakterizə edən əsas əlamətlərdən biri ordunun gücü idisə, digəri Azərbaycan xalqının və onunla mövcud iqtidarın birliyi nümayiş olunurdu”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azərbaycan, qədər, danışıqlar, işğal, Aprel, başladılar, İlham, beynəlxalq, etməyə, Ordusu, Şurasının, Təhlükəsizlik, həmin, birinin, həmsədrləri, vaxta, Dağlıq, iradəni, həlli, ardınca
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-10-2017


20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ