XalqXəbər.Az

“Tək bir yol var, o da müharibə” – Akif Nağı

yüklənir...
“Tək bir yol var, o da müharibə” – Akif Nağı
14-05-2018, 22:34
yüklənir...

“Şuşanın işğalı günü hansısa başqa bir tədbirin keçirilməsi şəhidlərimizin xatirəsinə hörmətsizlikdir”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı XalqXəbər.az saytına müsahibə verib.
O, 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatının idarə heyətinin üzvü, sonra həmsədri olub. 2000-ci ildə Qarabağ Azadlıq Hərəkatı Qarabağ Azadlıq Təşkilatına çevrilmişdir. Həmin zamandan təşkilatın sədridir. Akif Nağı ilə müsahibəmizi sizə təqdim edirik:

Qarabağ Azadlıq Təşkilatı olaraq bu gün Qarabağın azadlığı istiqamətində hansı işləri görürsünüz?
– Biz hesab edirik ki, Qarabağın işğaldan azad olunması üçün yeganə yol, hərbi yoldur. Ona görə də bütün fəaliyyətimizi bu istiqamətə yönəltmişik. Bu istiqamətdə biz Azərbaycan cəmiyyətində müharibənin labüdlüyü ilə bağlı ictimai fikri, ictimai rəyi formalaşdırmaqla, gücləndirməklə məşğuluq. Eyni zamanda ictimai təziqin müxtəlif formalarından isdifadə etməklə hakimiyyətin müharibəni başlatmasına nail olmağa çalışırıq. Bu istiqamətlərdə təbliğat aparırıq. Əlavə olaraq onuda qeyd edim ki, biz hesab ediri ki, xalq diplomatiyası Qarabağın işğaldan azad olunması üçün ciddi bir əngəldir . O cəhtlərin qarşısını alırıq və bütün istiqamətlərdə çalışırıq ki, Qarabağla bağlı cəmiyyətin, xalqın ümumi iradəsini ortaya qoymaq üçün, Qarabağ Azadlıq Təşkilatını bir güc mərkəzinə, hamının toplaşacağı bir yerə çevirək. Bu istiqamətdə işləri davam etdiririk. Bu günlərdə də V qurultayımız oldu . Qurultayada da bu istiqamətdə qərarlarımızı qəbul etdik.

İlham Əliyev növbəti yeddi ilə Azərbaycanda yenidən hakimiyyətə gəldi. Bu yeddi ildə Qarabağın azadlığı istiqamətində Ali Baş Komandan kimi İlham Əliyevdən gözləntiniz nədir?
– Biz istəyərdik ki, İlham Əliyev ləngimədən yaxın bir neçə ay ərzində müharibə ilə bağlı qərarını versin. Siyasi iradəsini ortaya qoysun və müharibəni başlasın. Danışıqların davam etdirilməsi mənasız bir işdir. Əgər bu yeddi il ərzində də Qarabağla bağlı bu mənasız danışıqlar davam edərsə, bunun heç bir nəticəsi olmayacaq. Tək bir yol var o da müharibə.

Hakimiyyətin bu günə qədər Qarabağın azadlığı istiqamətində apardığı işlər sizi qane edirmi?
– Yox. Əgər torpaqlar işğaldan azad olunmayıbsa qətiyyən qane edə bilməz. Bu illər ərzində danışıqlar davam etdirilibdir. Azərbaycan-Ermənistan dövlətlərinin prezidentlərinin görüşləri təşkil olunubdur. Müxtəlif müstəvilərdə, müxtəlif lahiyələr, variantlar ortaya çıxıbdır. Amma onların heç biri Qarabağın işğaldan azad olunmasına xidmət etməyib. Ona görə biz hesab edirik ki, bu illər ərzindən, indiyə qədər görülən işlər qənayətbəxş hesab oluna bilməz.

Bu gün diasporaların fəaliyyətini necə qiymətləndirirsiz?
– Diasporalarla bizim də əlaqələrimiz var. Çünki biz Qarabağ Azadlıq Təskilatı olaraq istiqamətin birin də onda görürük ki, müxtəlif ölkələrdə Azərbaycanın diaspora təşkilatlarının Qarabağla bağlı fəaliyyətini əlaqələndirmək, fəallaşdırmaq lazımdır. Bu istiqamətdə çoxlu problemlərimiz var. Diaspora təşkilatları arasında əlaqələr çox zəifdir. Diaspora təşkilatların özləri çox zəifdir. Qarabağ məsələsi ilə bağlı istədiyi mövqeyi ortaya qoymurlar. Diaspora Komitəsinin rəhbərliyinə dəyişiklik oldu. Ümid edirik ki, bu dəyişiklik diaspora təşkilatlarının daha ciddi şəkildə fəaliyyət göstərməsinə, bir araya gəlməsinə yardım edəcəkdir.

Qonşu dövlətlərin bu gün Qarabağın azadlığı ilə bağlı hansısa dəstəyi varmı Azərbaycana?
– Biz bu istiqamətdə də çalışırıq. 2015-ci ilin dekabrında bizim təşəbbüsümüzlə “Beynəlxalq Qarabağ Forumu” adlı bir qurum formalaşdı. Buraya Türkiyə, İran, Gürcüstan, Rusiya və Azərbaycandan Qeyri Hökumət Təşkilatları daxildir. Bu forumun məqsədi dünyada Qarabağ həqiqətlərinin təbliği ilə bağlı Azərbaycana uyğun beynəlxalq ictimai rəyin formalaşdırılması ilə bağlı QHT şəbəkəsinin yaradılması və onun imkanlarından istifadə olunmasıdır. Ona görə də biz İranda da fəaliyyət göstəririk. Orda da Qarabağla bağlı müsbət tendesiyalar, fikirlər var. Hesab edirik ki, İran Qarabağ məsələsinin həllində çox ciddi rol oynuya bilər. Azərbaycan bu məsələ ilə bağlı İran faktorunu ciddi şəkildə nəzərə almalıdır. Türkiyədə də bu istiqamətdə ciddi işlər görülür. Gürcüstanda da fəaliyyətimiz var. Gürcüstanda ən azından Azərbaycanın haqlı mövqeyini müdafiə etməlidir. Rusiyada da bu istiqamətdə işlərimiz gedir. Rusiya Ermənistana etdiyi himayədarlıqdan əl çəkməlidir. Aydın məsələdir ki, bu gün Ermənistanın arxasında Rusiya dayanır. Rusiya bu mövqeyini dəyişməlidir. Rusiya Ermənistan deyilən bir ərazini ona görə yaradıb ki, Türkiyə və İrana qarşı mübarizə meydançası kimi istifadə etsin. Amma zaman artıq yetişibdir. Proseslərdə onu göstərir ki, Rusiya, Türkiyə və İranla yaxınlaşıbdır. Artıq Türkiyə və İrana qarşı Rusiya üçün düşmən meydançası yox, dost meydançası lazımdır. Bu roluda Azərbaycan oynuya bilər. Ona görə də hesab edirik ki, Rusiyanın daxilində də Qarabağ məsələsi ilə bağlı müəyyən dəyişikliklər olmalıdır. Azərbaycanın haqlı mövqeyi müdafiə olunmalıdır. Bu istiqamətdə hesab edirəm ki, Azərbaycan özüdə Türkiyə və İranın potensialından ciddi şəkildə istifadə etməlidir. Eyni zamanda digər müsaəlman ölkəsi olan Pakistanın da imkanlarından istifadə etməlidir. Bu gedişlə müəyyən mənada Rusiyanın da siyasətində dəyişikliyin yaranmasına nail ola bilər Azərbaycan. Bu olarsa hesab edirik ki, Rusiya da müəyyən mənada öz payını verə bilər Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə.

Sizcə Paşinyanın hakimiyyəti dövründə Ermənistanın Qarabağla bağlı siyasətində müsbətə doğru bir dəyişiklik olacaq?
– Heç kim buna ümid etməsin. Paşinyan da digər ermənilər kimi Qarabağ məsələsində radikal və barışmaz mövqe tutub. İlk açıqlamalarından biri də bu oldu ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qatılmasından söhbət gedə bilməz. Hətta yeni bir şərtdə irəli sürdü ki, danışıqlarda üçüncü tərəf kimi Dağlıq Qarabağdakı qondarma rejimidə iştirak etməlidir. Bu mövqedə dayandığına görə də nəyəsə ümid etməyin mənası yoxdur.

Qarabağın azadlığı bu gün kimlərdən asılıdır? Hansısa xarici dövlətdən, beynəlxalq təşkilatlardan yoxsa bir başa bizdən?
– Mən hesab edirəm ki, Qarabağın işğaldan azad olması bir başa Azərbaycan xalqının iradəsindən asılıdır. Dəfələrlə mən demişəm ki, Qarabağın azadlığı işi hakimiyyətdən daha çox, xalqın iradəsindən asılıdır. Xalqın iradəsi ortada olarsa, onun iradəsi ilə hakimiyyətdə hesablaşacaqdır, beynəlxalq təşkilatlarda hesablaşacaqdır. Ona görə də xalqın açıq iradəsi formalaşmalıdır. Biz də o istiqamətdə fəaliyyətimizi aparırıq.

Şuşanın işğalı günü bütün metro stansiyaların monitorlarında “Qələbə” günü ilə bağlı reklam yazıları yer aldı. Sizcə biz Sovetlərin qələbəsini yoxsa Şuşanın işğalını unutdurmamalıyıq?
– Yalnış bir mövqedir. Onunla bağlı cəmiyyətdə müəyyən etrazlar da oldu. Hətta televiziyada konsertlərə də yer verildi. Bunlar yanlış hərəkətlərdir. Bunlara yol vermək olmaz. Mayın 8-də, 9-da Şuşanın işğalı ilə bağlı olan günlərdir. Həmin günlərdə bir mənalı şəkildə Şuşanın işğalı ilə bağlı hansısa tədbirlər keçirilməlidir. Başqa tədbirin keçirilməsi hesab edirəm ki, tamamilə yanlışdır və şəhidlərimizin xatirəsinə hörmətsizlikdir.
12 may Qarabağ mitinqinə niyə icazə verilmədi?
– 12 may Qarabağ mitinqinin təşkilatçılarından biri də biz idik. Çox təəssüf ki, hakimiyyət yalnış bir mövqe tutdu. Hətta rəsmi cavab verməkdən də çəkindi. “Cavab yoxdur” ifadəsi belə bir şey indiyə qədər görünməmişdir. “Yox” deyərdilər o da bir cavab olardır. Bu hakimiyyətin Qarabağ məsələsinə münasibətinin göstəricisidir. Eyni zamanda ehtiyyat edirlər ki, əgər mitinq keçirərlərsə Qarabağla bağlı kütləvi hərəkat başlayar. Bundan ehtiyyat edirlər. Yanlış bir mövqedir. Əksinə Qarabağ mitinqindən hakimiyyət istifadə etməli idi. Xalqın iradəsinin nümayişindən istifadə eləməli idi ki, xalq Qarabağı tələb edir, xalq müharibəni tələb edir. Ona görə də hesab edirəm ki, hakimiyyətdə kim o qərarı qəbul elədisə səhv elədi. Çox ciddi yanlışlığa yol verdi.

Belə olan təqdirdə icazəsiz mitinqlərin keçirilməsi gözlənilirmi?
– Bizim bu günlərdə keçirdiyimiz Qurultayda da üzvlərimizin bəziləri icazəsiz mitinqlərin keçirilməsi ilə bağlı tələblər irəli sürdülər. Cəmiyyətdə də belə bir sosial sifariş var. Sosial şəbəkələrdə də, mətbuatda da bu tələblər səsləndirildi ki, əgər hakimiyyət bu yolla getsə, Qarabağ mitinqlərinə icazə verməsə, xalqın bu emosiyası hansısa anda kortəbii və icazəsiz mitinqlərə çevrilə bilər.

Bir milyondan çox qaçqını olan bir ölkədə bu günə qədər Qarabağla bağlı izdihamlı mitinqin keçirilə bilməməsinin səbəbi nədədir?
– Mən hesab edirəm ki, bu hakimiyyətin aksiyaların keçirilməsinə olan münasibətidir. Müxtəlif yollarla, müxtəlif vasitələrlə bu mitinqlərin qarşısını alırlar. Çünki hakimiyyətin ən zəif nöqtəsidir bu. Qarabağla bağlı bu günə qədər irəliləyişin olmaması, bu problemlə bağlı aksiyaların sonradan kütləvi hərakata çevrilməsindən ehtiyyat edirlər. Ona görə də ən müxtəlif formalarla, məcburi köçkünlərin məskunlaşdığı yerdə, müxtəlif qabaqlayıcı tədbirlərə əl atmaqla, insanları çəkindirirlər, qorxudurlar. Amma insanların içərsidə geniş bir həvəs var ki, aksiyalar keçirilsin, mövqe ortaya qoyulsun. Mən hesab edirəm ki, hakimiyyət tərəfindən həyata keçirilən repressiv tədbirlərin nəticəsidir ki, bu günə qədər Qarabağla bağlı izdihamlı mitinqlərin keçirilməsi mümükn olmayıbdır.

“Qarabağa azadlıq” şüarı ilə mitinq, aksiya, yürüyüş keçirmək sizin təşkilatın gündəliyində varmı? Bu haqda konkret qərarınız varmı?
– Təbii var. Aksiyalar keçirilməlidir. Bu aksiyalar xalqın iradəsinin nümayişi üçün bir vasitədir. Ona görə də gündəlikdə var. Amma konkret qərarlar yəqin ki, müzakirədən sonra qəbul oluna bilər.

XalqXeber.Az
Vüsal Əfəndi

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.