yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Ən sevimli azarkeşlərim valideynlərimdir” - Millimizin üzvü

“Ən sevimli azarkeşlərim valideynlərimdir” - Millimizin üzvü
7-08-2017, 11:25 56 709 dəfə baxılıb

Azərbaycanın voleybol üzrə qadınlardan ibarə milli komandasının oyunçusu Ayşən Əbdüləzimova Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsindən azarkeşlərin suallarını cavablandırıb.. Həmin müsahibəni təqdim edirik.

- Ayşən neçə yaşında voleybolla məşğul olmağa başlayıb? Ona voleybola sevdirən nə olub?

- Voleybolla 8 yaşdan məşğul olmağa başlamışam. Voleybolu mənə sevdirən elə voleybolun özü olub (gülür). Bu idman növünü həmişə sevirdim. Şadam ki, bu yolu seçdim.

- İnşallah, səni Avropa klublarında görərik...

- İnşallah. Mən bu haqda hələ heç nə deyə bilmərəm. Daha doğrusu, indi bu haqda düşünmürəm. Çünki hal-hazırda bütün fikirlərim milli komanda ilə bağlıdı.

- Ən sevimli azarkeşlərin kimlərdi?

- Sözsüz ki, valideynlərim.

- Ən sevdiyin oyunçu kimdi?

- Vaxtilə İtaliya millisində çıxış etmiş Simona Gioli.

- Əslən şəkili olan Ayşən sonuncu dəfə Şəkidə nə vaxt olub?

- Düzünü desəm, xatırlamıram. Amma Şəkini çox sevirəm. Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım. Boş vaxtım olan kimi oralara mütləq gedəcəyəm.

- Gələcəkdə məşqçi olmağı fikirləşirsiniz?

- Perspektivdə hər şey ola bilər. Amma bu sual məncə 3-4 ilə həll olunan və ya cavabı tapılan suallardan deyil. Mən hələ oynamaq istəyirəm. Gələcəyi isə zaman göstərəcək.

- Karyeranızda ən çətin və ən yaddaqalan qarşılaşma hansıdır?

- 2014-cü ildə keçirilən dünya çempionatının (DÇ) ilk oyununu qeyd edərdim. Dünya reytinqində 3-cü olan yaponlarla qarşılaşırdıq. O matç yaddaşımdan silinməz. DÇ-də debüt oyunum idi. Yadımdadır ki, qarşılaşmaya pis başladıq, amma toparlanıb tay-brekdə qalib gələ bildik. Bu oyunu həm ən çətin, həm də ən yaddaqalan matçım kimi dəyərləndirərdim.

- Karyeranızı nə vaxt bitirəcəksiniz?

- Görsəm ki, voleybol artıq mənə həzz vermir, oyunun ləzzətini hiss edə bilmirəm və ya kiminsə yerini haqsız olaraq tuturam, karyeramı bitirəcəyəm. Ancaq ona qədər hələ var.

- 20 yaşdan sonra voleybol oynamağa başlaya bilərəm?

- Həvəskar səviyyədə, əlbəttə ki.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: En, valideynlerimdir, sevimli, azarkeshlerim, , uzvu, Millimizin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ