XalqXəbər.Az

Azərbaycanda xanım nazir təyin edildi

yüklənir...
Azərbaycanda xanım nazir təyin edildi
25-04-2018, 09:30
yüklənir...

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən, nazir postu Natəvan Tofiq qızı Qədimovaya həvalə olunub.
Natəvan Qədimova bundan əvvəl Naxçıvanın mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Turizm Departamenti yaradılıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.