yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Azərbaycandan “Eurovision”la bağlı dəyişiklik - Prodüseri Kirkorovdur

Azərbaycandan “Eurovision”la bağlı dəyişiklik - Prodüseri Kirkorovdur
29-01-2018, 16:57 493 dəfə baxılıb

Bir neçə ay sonra “Eurovision- 2018” mahnı müsabiqəsinə start veriləcək. Lissabondakı “MEO Arena”da baş tutan gecədə 43 ölkə birincilik uğrunda mübarizə aparacaq. Azərbaycanı isə Avropa səhnəsində Aysel Məmmədova (Aisel) təmsil edəcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə ildir ki, isveçli musiqiçilərdən mahnı alan “Eurovision” təşkilat komitəsi bu dəfə ənənəni pozublar. Bildirilir ki, Azərbaycan Aysel üçün yunan bəstəkarlara müraciət edib.
Bundan əlavə, bir neçə ay bundan əvvəl məşhur wiwibloggs.com saytı Aysel ilə rusiyalı müğənni Filipp Kirkorovun yarışma üçün bir araya gəlməsi barədə xəbər yayıb. İddia olunur ki, həmyerlimizin prodüseri məhz Kirkorov olacaq.
“Eurovision” xəbər portalı qeyd edir ki, gənc ifaçı Filippin sahib olduğu “Dream Team” adlı komandası ilə işləməyə başlayacaq. Hətta, Rusiyanın tanınmış müğənnisi instaqram səhifəsində komandasının üzvü, bəstəkar Dimitris Kontopoulosu təbrik edib və bildirib ki, möcüzəli bir il onları gözləyir.
Sənətçi həştaqla “Eurovision” mahnı müsabiqəsinin adını yazıb. Bu paylaşım Aysellə Kirkorovun əməkdaşlığı barədə yayılan şayiələri daha da gücləndirib.
Həmçinin, sayt həmyerlimizlə Flippin “Bonjour” jurnalının yubiley mərasimində bir araya gəldiyini xatırladır.
Bu məqamda bildirək ki, pop ulduz ötən ilin sonunda mətbuata müsahibəsində Rusiyaya yaxın bir ölkə təmsilçisi ilə çalışacağını, “Eurovision” üçün razılığa gəldiyini demişdi.
Xatırladaq ki, Rusiya və Yunanıstanın yaradıcı şəxslərindən ibarət olan “Dream Team”in Belarus Respublikası ilə də əməkdaşlıq etməsi barədə xəbər yayılmışdı.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Azerbaycandan, Kirkorovdur, bagli, Eurovisionla, deyishiklik, Produseri
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ