yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qızıl ehtiyatlarına görə Azərbaycan dünyada 62-ci sıradadır

Qızıl ehtiyatlarına görə Azərbaycan dünyada 62-ci sıradadır
12-05-2017, 15:40 86 390 dəfə baxılıb
yüklənir...

Azərbaycan qızıl ehtiyatlarına görə dünyada 62-ci yerdə qərarlaşıb.

Bu barədə məlumat Ümumdünya Qızıl Şurasının (World Gold Council) hesabatında yer alıb. Hesabata əsasən, Azərbaycanda qızıl ehtiyatı 20 tona bərabərdir. Bu, qızıl valyuta ehtiyatlarının 12,1%-ni təşkil edir.

Qeyd edək ki, qızıl ehtiyatlarının həcminə görə ilk beşliyə ABŞ (8133,5 ton), Almaniya (3377,9 ton), İtaliya (2451,8 ton), Fransa (2435,9 ton) və Çin (1842,6 ton) daxildir.

Postsovet ölkələrindən 1680,1 ton qızıl ehtiyatına malik Rusiya siyahıda 7-ci yerdə, 267,7 ton ehtiyata sahib olan Qazaxıstan 21-ci yerdə, 40,7 ton qızıl ehtiyat olan Belarus 48-ci yerdə qərarlaşıb.

Siyahıda 57-ci yerdə dayanan Ukraynanın 25,5 ton, 64-cü yerdə qərarlaşan Tacikistanın 14,6 ton, 79-cu yerin sahibi Latviyanın 6,6 ton, 82-ci yerdə olan Litvanın 5,8 ton və Qırğızıstanın 4,9 ton qızıl ehtiyatı var.

Keçmiş SSRİ-yə daxil olan digər ölkələr iri qızıl ehtiyatları siyahısında TOP-100-ə daxil edilməyib. Ümumdünya Qızıl Şurasında Ermənistan, Özbəkistan və Türkmənistanın qızıl ehtiyatları ilə bağlı məlumat yoxdur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: 62 ci, gore, Qizil, Azerbaycan, siradadir, dunyada, ehtiyatlarina
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ