XalqXəbər.Az

Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək

yüklənir...
Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək
15-05-2019, 08:35
yüklənir...

Azərbaycanlı sahibkar ərəb ölkələrinə çiyələk ixrac etməyi planlaşdırır.

Bu barədə Trend-ə sahibkar Rafət Abbasov açıqlama verib.

Sahibkar bildirib ki, artıq ölkədə yığım başlayıb və yaxın vaxtlarda ərəb ölkələrinə yeni sort çiyələklər ixrac olunacaq: “Artıq ixraca hazırlıq mərhələsi başlayıb. Ötən ilə qədər biz yalnız Rusiya bazarlarına çiyələk ixrac edirdik. Əvvəllər əsasən Moskva və Sankt-Peterburqa göndərirdik. Bu ildən isə ərəb ölkələrinə ixraca başlayırıq. İlk olaraq Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) - Dubaya çiyələk ixrac edəcəyik. Hazırda bu istiqamətdə xüsusi üsulla çiyələk yığımına başlamışıq. İlk partiya olaraq 40 ton ixrac planlaşdırırıq. BƏƏ-dən sonra İraq, İran və digər ölkələrə də çiyələk göndərmək istəyirik”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.