yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"UNİBANK”LA BAĞLI BƏD XƏBƏR-BAĞLANIR?

25-05-2018, 16:57 875 dəfə baxılıb

Manatın devalvasiyasından sonra ölkədə dollar kreditləri ilə bağlı problem əsas iqtisadi gündəm olaraq bu gün də qalmaqda davam edir. Düzdür problemin hökumət səviyyəsində həlli üçün məlum devalivasiyadan sonra bəzi addımların atılması istiqamətində səylər göstərilib və bir sıra özəl banklar, xüsusilə kredit portfelini qoruyub saxlamaqla fəxr edən "Unibank” müştəriləri manatın məzənnəsi üzrə aldadaraq fırıldaq yolu ilə əlavə gəlirlər əldə etdiyi haqqında KİV-də geniş məlumatlar yayılıb.
"Unibank”ın müştərilərindən KİV-nə daxil olan şikayət məkutubunda belə deyilirdi ki, müştəri bankdan 3 min dollar kredit götürüb və kredit götürərkən, rəsmi komissiya haqqından əlavə, 100 manata yaxın əlavə "şapka” tutulub. Həmin vaxt təcili pula ehtiyacım olduğu üçün buna məcbur olduğun vurğulayan bankın müştərisi, maraqlıdır ki, həmin vaxt manatın məzənnəsi dollara nisbətən güclü olub. "Mənim kreditim dollarla olmasına baxmayaraq, məndən komissiya və "şapka” haqqı manatla tutuldu. İki ilə yaxındır kredit ödəyirəm, amma hər gün əlavə faizlər yazılır. Kreditimin vaxtının bitməsinə bir neçə ay qalıb, amma bu günlərdə aylıq krediti ödəyəndə məlum oldu ki, mənim banka əlavə 1000 dollar borcum qalıb”.
Qeyd edək ki, bu bankla bağlı ölkə mətbuatında yayılan xəbərlər,bankın müştərisi olan şəxslərin fəryadlarına nədənsə rəsmi orqanlar susqun dayanırlar və sanki bu banka toxunacaqları təqdirdə,yaxut da vətəndaşların hüquqlarının qorunması istiqamətində hansısa ədalətli addım atacaqlarında,hansısa "sehirli əl” dövlət orqanalrını "dar ağacına”çəkəcək.
Bu günləırdə sosial şəbəkələrdə "Unibank”la bağlı ən böyük rəzalətdərdən biri ilə bağlı isə video yayıldı.Yayılan videodan sonra bir çoxları hesab edirdilər ki,bütün dünyada bakçılıq sahəsində mövcud olan kriteriyalara Azərbaycandakı banklar da öz növbələrində əməl edcəklər.Yəni banklar müştərilərin rahatlığını təmin etmək üçün tualet və gözləmə bölmələri yaradacaqlar.Bu sahədə ən bərbad vəziyyət "Unibank”da olduğundan,bankın müştərisinə qarşı göstərilən qeyri-etiq hərəkətlər deyəsən,ölkənin bank sektoruna nəzarət edənlərin də diqqətindən yayınmayıb.
Bu gün "Unibank” KİV-də bankla bağlı mənfi yöndə xəbərlərin yayılmasının qarşısını almaq məqsədi ilə,bir sıra mətbuat orqanları ilə əməkdaşlıq edir. "Unibank” rəhbərliyi düşünür ki,bankla bağlı mövcud mənfi abu-havanı dəyişmək üçün "piar”yazılarla və müəyyən şirnişdirici addımlarla buna nail olur.Amma davamlı sosial şəbəkələrdə bankla bağlı narazılıqlar bu hava şarı kimi şişirdilən tərif dolu "piar” aksiyalarını tamamən yerlə-yeksan edir.
Bir dərəfdən bank öz imicini düzətmək üçün piara yüzmin manatlar xərclədiyi halda,digər tərəfdən də ölkənin bank sektoruna nəzarət edən dövlət qrumlarının bank qarşısında qoyduqları cidid faktlarla üz-üzə qalıb.
İddialara görə, əgər belə davam edərsə,20128-ci ilin sonuna kimi "Unibank” tamamən sıradan çıxacaq və günü-gündən artan mənfi reputasiyası sayəsində bank sektorunu tərk etməli olacaq.

Amma hər halda "Unibank”ın qalıb-qalmayacağını banklara nəzarət edən qurum müəyyənləşdirir.Yəni hər şey ola bilər.

Vətəninfo.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ