SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Maaşlar qalxmasa, korrupsiyanın miqyasını azaltmaq mümkün olmayacaq”

“Maaşlar qalxmasa, korrupsiyanın miqyasını azaltmaq mümkün olmayacaq”

Tarix:

8-05-2018, 18:03

/ 1 661 dəfə oxundu.
“Maaşlar qalxmasa, korrupsiyanın miqyasını azaltmaq mümkün olmayacaq”

“Millət vəkili Qüdrət Həsənquliyev haqlıdır. Bu ölkədə maaşlar artmayınca, heç nə düzəlməyəcək”

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib,

Onun sözlərinə görə, müəllim və həkimlərdən başlamaq lazımdır, bu peşə sahiblərinin maaşları artsa avtomatik digər peşə sahiblərinin də maaşlarını qaldırmaq lazım gələcək: “Əlbəttə, bəzi iqtisadçılar deyə bilər ki, maaşları 300-500 manatdan 3 və 5 minə qaldırmaq inflyasiyaya səbəb olacaq. Ancaq maaşlar artmadan da iqtisadiyyatda yerimizdə sayacağıq, rüşvət və korrupsiyanın da miqyasını azaltmaq mümkün olmayacaq. Hansı iqtisadiyyat üçün daha çox təhlükəlidir: inflyasiya, yoxsa korrupsiya?”.
Ekspertin sözlərinə görə, Türkiyədə və sanksiyalardan uzun on illiklərdir qurtulmayan İranda müəllimlərin və həkimlərin maaşları 3-5 min dollar arasındadırsa, Azərbaycanda belə olmalıdır: “Qonşularımızın əhalisi 80 milyon nəfər civarındadır. Bizdə bunun onda biri qədər əhali var, neft və qaz gəlirləri də hər keçən gün artır. Məncə, bizdə də maaşları normal insan kimi yaşamağa imkan verəcək həddə artırmaq mümkündür. Bir sözlə bu məsələyə əməli başlı əncam çəkmək lazımdır, yoxsa il ərzində 10 faizlik artımla uzağa gedə bilməyəcəyik”.

Şərhlər

XƏBƏR LENTİ