SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Rəsmi statistikanın inkişafına dair dövlət proqramı təsdiqləndi

Rəsmi statistikanın inkişafına dair dövlət proqramı təsdiqləndi

Tarix:

14-02-2018, 19:07

/ 1 414 dəfə oxundu.
Rəsmi statistikanın inkişafına dair dövlət proqramı təsdiqləndi

Azərbaycan prezidenti İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

xalqxeber.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Maliyyə Nazirliyi isə Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.

Şərhlər

XƏBƏR LENTİ