SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Əgər mən əsas borcluyamsa..." - GİLEY

"Əgər mən əsas borcluyamsa..." - GİLEY

Tarix:

5-02-2019, 17:51

/ 837 dəfə oxundu.
"Əgər mən əsas borcluyamsa..." - GİLEY

Azərbaycan Respublikasının I Vitse-prezidenti xanım M.Əliyevaya,
Ədliyyə nazir cənab F.Məmmədova,
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinə,
Mərkəzi Bankın sədrinə,
Əmrahbank” İdarə Heyətinin sədrinə,
Ombudsman Apapartının sədrinə,
Abşeron rayon, Aşağı Güzdək qəsəbə sakini Mirzəməmmədov Telman Heybət oğlu tərəfindən

Ş İ K A Y Ə T

Hörmətli, Mehriban xanım. Mən də bir azərbaycanlı kimi bankdan (Əmrah Bank ) kredit götürüb problemimi həll etmək istəmişəm. Bankdan götürdüyüm 6300 dollar pulun bir hissəsini qaytarmışam.( 4000 AZN). Xəstəliyimlə bağlı ( onurğa disk yırtığı 13 mm ölçüdə) əvvəlki kimi fziki iş görüb pul qazana bilmirəm. Bank isə məni hər gün sıxır.bankın problemli kreditlər şöbəsinin rəisi kimi özünü təqdim edən Dilqəm adlı birisi( mob. 055-450 84 85) hər gün mənə və zaminlərə zəng edib hərbə-zorba ilə danışır, təzyiq edir.budur, mənə zamin olmuş 65 yaşlı xəstə Həsənov Xanəlini o qədər hədlədi ki, kişi 10 gündür infarct keçirib, sağ gözü də əsəbləşməkdən tutulub. Yenə də bu mədəniyyəti lazımi səviyyədə olmayan Dilqəm xəstəni yüksək səslə təhqir edir, hədləyir və s. insane yaraşmayan metodlardan istifadə edir.

Mən də öz növbəmdə ona söz verdim ki, hər ay 50-100 manat pul tapıb hissə hissə banka ödəyəcəyəm. lakin buna baxmayaraq Dilqəm bizimlə razılaşmır, borcun hamısını ödə deyir.

Mən etiraz edirəm ki, əgər mən əsas borcluyamsa, elə mənim əmlakıma həbs qoyulması ilə bağlı qoy məhkəməyə müraciət etsin. Məgər sivil qaydalar kifayət etmirmi ki, hələ mənim götürüdüyüm pula görə zamin duran şəxsdən də borcun ödənilməsini qeyri-insani formada tələb olunur. 2015-ci ilin axırınadək borcu kifayət qədər ödəməyimə baxmayaraq hər ödəmədə bank qanunsuz olaraq əsas borcdan deyil, ödəmənin 35-40 faizini faiz hesablamasına tutublar. Hazırda mən borcu hissə hissə ödəməklə məşğulam. Zamin H.Xanəli hazırda müalicə olunur. Belə vəziyyətdə onun ailəsinin hər gün narahat edilməsi nə insanlığa, nə müsəlmançılığa, nə də hüquqa yaraşmır. Borcu mən götürmüşəm və mən də cavabdehəm. Əl çəkin günahsız vətəndaşdan! Hal hazırda iş məhkəmədə mübahisələndirilir Və mən də yenicə Sumqayət apellyasiya məhkəməsinə müraciət etmişəm.Qoy, Ali məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ortalığa çıxsın, ondan sonra “Əmrahbankın” problemli Kredit Şöbəsinin rəisi Dilqəm ağzını köndələn qoysun.

Hörmətli Mehriban xanım, Sizdən çox xahiş edirəm ki, mənə zamin durmuş Abşeron rayon sakini Həsənov Xanəlidən mənim əvəzimə müştərək qaydada pul tutulmasının tələb edilməsini məhkəmə işi başaçatanadək müvəqqəti dayandırılmasına göstəriş verəsiniz. Mən də yenə öhdəlik götürürəm ki, bankın pulunu hissə hissə ödəyəcəyəm.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ