SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Unibank" prezidentin fərmanını saymır... - Müştərinin konpensasiyası niyə ödənilmir?

"Unibank" prezidentin fərmanını saymır... - Müştərinin konpensasiyası niyə ödənilmir?

Tarix:

31-01-2020, 10:12

/ 872 dəfə oxundu.
"Unibank" prezidentin fərmanını saymır... - Müştərinin konpensasiyası niyə ödənilmir?

Bank ölkə başçısının fərmanına məhəl qoymur?...
"AzPolitika.info" saytına müraciət edən Bakı şəhəri, Binəqədi rayonu, Hökməli kəndi, Yeni Yaşayış massivində yaşayan Abbasquliyev Eldar Mürşüd oğlu “Unibank” tərəfindən hüquqlarının tapdandığını iddia edib.

Ölkə başçısına, Birinci Vitse-Prezidentə, Mərkəzi Bankın sədrinə, eləcə də “Unibank” rəhbərliyinə ünvanlanan və bir nüsxəsi də “AzPolitika”ya ünvanlanan şikayət məktubunda deyilir ki, bank vətəndaşa çatmalı olan 3361 manat vəsaiti ödəməkdən imtina edir.

Şikayətçi ölkə başçısının problemli kreditlərlə bağlı qərarından sonra ona düşən rəsmi kompensasiya məbləğinin Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında yerləşdirildiyini qeyd edir.

Lakin “Unibank”ın həmin məbləği ödəməkdən boyun qaçırdığını bildirir: “Yazıb Sizə bildirirəm ki, “Unibank” ASC-nin qanunsuzluğu və özbaşınalığı ilə üz-üzə qalmışam. Belə ki, 29.11.2014-cü il tarixdə mənimlə “Unibank” arasında bağlanmış 6213nkXRD/14 saylı kredit müqaviləsinə əsasən 5.000 ABŞ dolları məbləğində kredit götürmüşəm.

Həmin krediti Sizin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərman verilənədək hər ay vaxtlı-vaxtında qrafikə uyğun ödəmişəm.

Fərman verildikdən sonra mənə də kompensasiya hesablanıb və bu barədə keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında məlumat yerləşdirilib. Həmin məlumata əsasən mənə cəmi 3361,58 manat kompensasiya hesablanıb. Lakin “Unibank” ASC rəhbərliyi Prezident Fərmanını qulaqardına vuraraq bu günə qədər mənə çatmalı olan kompensasiyanı ödəməkdən qəti şəkildə imtina edir. Ona görə də Sizə müraciət etməkdən başqa yolum qalmayıb.”

Şikayətçi sonda ölkə başçısından hüququnun bərpa edilməsini xahiş edir: “Möhtərəm cənab Prezident! Xahiş edirəm “Unibank” ASC-nin bu qanunsuzluğuna və özbaşınalığına son qoyulması və mənə düşən kompensasiyanın tam şəkildə ödənilməsi üçün göstəriş verəsiniz.”

Müraciətlə bağlı “Unibank”ın mövqeyini dərc etməyə hazırıq

Şərhlər

XƏBƏR LENTİ