SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Eldar Mahmudovun yaxın dostunun bankı vəziyyətdən çıxmağa çalışır - “Yol xəritəsi” hazırlanıb

Eldar Mahmudovun yaxın dostunun bankı vəziyyətdən çıxmağa çalışır - “Yol xəritəsi” hazırlanıb

Tarix:

18-09-2018, 10:29

/ 1 211 dəfə oxundu.
Eldar Mahmudovun yaxın dostunun bankı vəziyyətdən çıxmağa çalışır - “Yol xəritəsi” hazırlanıb

“AGBank” ASC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə bankın menecmenti tərəfindən “Yol xəritəsi” işlənib hazırlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “AGBank”dan bildirilib.

Məlumatda deyilir ki, həmin sənəddə bankın xərclərinin optimallaşdırılması, gəlirliyinin artırılması və digər maliyyə göstəricilərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər öz əksini tapıb.

“Kredit portfeli üzrə gəlirliyinin artırılması, faiz öhdəliklərinin azaldılması və problemli kreditlərin ödənişi istiqamətində görülən tədbirlər bankın məcmu kapitalının müəyyən edilmiş limitlər çərçivəsində saxlanılmasına imkan yaradır. Müqayisə üçün qeyd edək ki, bu ilin II rübündə “AGBank”ın məcmu kapitalı I rübə nisbətən 2,6% artıb. Bankın menecmentinin gələcək planı “AGBank”ı güclü, dayanıqlı və rəqabətqabiliyyətli müasir bank səviyyəsinə çatdırmaqdır”, - açıqlamada qeyd olunub.

Şərhlər

XƏBƏR LENTİ