SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lütvəli Babayevin Zərdabda etdiyi özbaşınalığı heç bir icra başçısı edə bilmir - ŞİKAYƏT

Lütvəli Babayevin Zərdabda etdiyi özbaşınalığı heç bir icra başçısı edə bilmir - ŞİKAYƏT

Tarix:

20-08-2018, 08:57

/ 2 911 dəfə oxundu.
Lütvəli Babayevin Zərdabda etdiyi özbaşınalığı heç bir icra başçısı edə bilmir - ŞİKAYƏT

Zərdab rayonu Nizami küçəsi ev 42 sakini Həsənov Əli Nəsib oğlu tərəfindən xalqxeber.az-a müraciət daxil olub. Həmin müraciəti olduğu kimi sizlərə təqdim edirik:

Lütvəli Babayevin Zərdabda etdiyi özbaşınalığı heç bir icra başçısı edə bilmir.Bu isə Lütvəli Babayevin fövqəladə icra başçısı olmasının əyani subutudur.İndi burada qeyd edəcəyim saxtakarlıq dünyanın heç bir yerində olmayıb.Belə ki, Lütvəli Babayev 10.000 manat rüşvət alaraq Elnur Kərimovu tələsik saxtakarlıqla Böyük Quruluş Partiyasına üz kimi sənədləşdirib 92 sayl Dairə Seçki Komissiyasına katib təyin etdirib. Guya Elnur Kərimov Böyük Qurtluş Partiyasının Zərdab rayon təşkilatının sədridir.Ancaq Zərdab rayonunda bu partiyanın təşkilatı olmayıb, yoxdur. Elnur Kərimov isə 92-saylı DSK-ya katib təyin olunana qədər Yeni Azərbaycan Partiyasının üzvü olub.Elnur Kərimov Zərdab rayon icra başçısının Zərdab şəhər üzrə inzibati ərazi dairə nümayəndəsi Hafiz Kərimovun oğludur. Lütvəli Babayevin kassiri kimi tanınan Hafiz Kərimov oğlunu DSK-ya katib vəzifəsinə təyin edilməsi üçün icra başçısı Lütvəli Babayevə 10.000 manat rüşvət verib.
Qeyd edək ki, İqbal Ağazadə parlamentdə təmsilçilik hüququnu itirdikdən sonra Ümüd partiyasının üzvüləri DSK-dan kənarlaşdırdılar. 92 saylı DSK-nın katibi isə indiyə qədər Ümüd partiyasının Zərdab rayon təşkilatının sədri idi.İqbal Aağazadənin parlamentdə təmsilçilik hüququnu itirməsindən qazananlar isə Lütvəli Babayev və Hafiz Kərimov kimi saxtakarlar oldu.Qeyd edək ki, 92 saylı Zərdab Ucar DSK-da 48 seçki məntəqəsi var.Həmin məntəqələrin çoxlusayda üzvüləri var ki, onların nəinki təmsil olunduqları partiyalardan, heç üzvü olduqları məntəqələrdən belə xəbərləri yoxdur.Onların maaş kartları isə bir başa icra başçısı Lütvəli Babayevin cibində olur. Bizi maraqlandıran odur ki, görəsən Böyük Qurtluş Partiyasının sədri deputat Fazil Mustafayevin bu saxtakarlıqlardan xəbəri varmı ?

Əlaqə telefonu; 055 732-98-08

xalqxeber.az
Lütvəli Babayevin Zərdabda etdiyi özbaşınalığı heç bir icra başçısı edə bilmir - ŞİKAYƏT
Lütvəli Babayevin Zərdabda etdiyi özbaşınalığı heç bir icra başçısı edə bilmir - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ