SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İtinin yeməyinə ayda 500 manat xərclənib

İtinin yeməyinə ayda 500 manat xərclənib

Tarix:

26-04-2018, 17:37

/ 1 367 dəfə oxundu.
İtinin yeməyinə ayda 500 manat xərclənib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ekspert Zaur Məmmədov dindirilib. O deyib ki, klinikaya aid mühasibatlıq sənədlərini yoxlayıb: "Bizə təqdim olunan sənədlər "qara mühasibatlıq" sənədləri idi. Biz o sənədlərdə yalnız rəqəmlərlə işlədik, sənədin doğruluğuna istintaq qiymət vermişdi".

Hakim bildirib ki, A. Məmmədov istintaq zamanı sənədlərin mühasibatlıq sənədi olduğunu qeyd edib.

Vəkil qeyd edib ki, həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin yeməyi üçün aylıq 500 manatlıq xərc yazılıb. O, ekspertə sual verərək bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub, ekspert belə olduğunu deyib.

Müdafiə tərəfi işlə bağlı ekspertiza keçirilməsi üçün vəsatət verib.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.

Vəsatət təmin edilib, iş ekspertizaya göndərilib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

eyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Şərhlər

XƏBƏR LENTİ