SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Erməni əsirliyində olan prokurorun oğlu nazir oldu - Rövşən Rzayevin dosyesi

Erməni əsirliyində olan prokurorun oğlu nazir oldu - Rövşən Rzayevin dosyesi

Tarix:

22-04-2018, 00:03

/ 3 427 dəfə oxundu.
Erməni əsirliyində olan prokurorun oğlu nazir oldu - Rövşən Rzayevin dosyesi

Azərbaycan prezidenti millət vəkili Rövşən Şükür oğlu Rzayevi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edib.

xalqxeber.az "Yenicag.az"-a istinadən xəbər verir ki, 1962-ci ildə anadan olan Rövşən Rzayev əslən Qarabağlıdır. Uzun illər ədliyyə sahəsində çalışan R.Rzayev siyasi mənsubiyyətcə, bitərəfdir.

2004-cü ildən millət vəkili seçilən və Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Gənclər və idman komitəsinin üzvü Rövşən Rzayev Bakının sabiq prokuroru Şükür Rzayevin oğludur.

Qeyd edək ki, ədliyyə general-mayoru olan Şükür Rzayev I Qarabağ müharibəsi zamanı əsirlikdə olub.

Həmin hadisələrlə bağlı məlumat belədir:

"Bu dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində Dağlıq Qarabağ münaqişəsi artıq alovlanmışdı, separatçılar qanunçuluğa meydan oxuyurdular, regionda hüquq-mühafizə orqanlarının işi iflic olmuşdu. Vilayət prokurorluğunda törədilən qanunsuzluqlara yox demək, haqq-ədalətin, qanunçuluğun bərpasını təmin etmək məqsədilə Bakıdan Xankəndinə işi bilən, təcrübəli bir prokuror göndərmək lazım idi.

1991-ci il noyabrın 8-də Bakı Şəhər Prokurorluğu İstintaq şöbəsinin prokuroru Şükür Rzayev respublika prokurornun əmri ilə Xankəndi şəhərinə ezam olunur. O, şəhərə gəlir, bir neçə gün ona tapşırılan cari məsələlərin həlli ilə məşğul olur, vilayətin hərbi komissarına, vilayət prokurorluğunun əməkdaşlarına konkret tapşırıqlar verir.

Noyabrın 13-də DQMV Prokurorluğunun binasına basqın edən üzü maskalı bir qrup Şükür Rzayevin oturduğu kabinetə girərək onu girov götürür və gözlərini bağlayaraq "QAZ-24” markalı maşında naməlum istiqamətə aparır. Erməni separatçıları onu Xankəndidə qanunçuluğun bərpası naminə nümayiş etdirdiyi cəsarət və prinsipiallığa görə cəzalandırmaq istəyirdilər.

Erməni girovluğunda məşəqqətli 24 gün yaşayan Şükür Rzayev dekabrın 7-də girovluqdan azad edilir”.

Şərhlər

XƏBƏR LENTİ