SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elmar Vəliyev ticarət mərkəzinə görə tarixi binaları sökdürdü - FOTOLAR

Elmar Vəliyev ticarət mərkəzinə görə tarixi binaları sökdürdü - FOTOLAR

Tarix:

17-03-2018, 18:41

/ 2 405 dəfə oxundu.
Elmar Vəliyev ticarət mərkəzinə görə tarixi binaları sökdürdü - FOTOLAR

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev "Ganja Mall” ticarət mərkəzinə görə, tarixi binaları sökdürdü.
Ərazidə yaşayan sakinlərverdikləri məlumata görə, Gəncənin tarixi küçəsi sayılan Cavad Xan(keçmiş Sabir) küçəsində yerləşən 100 ildən artıq yaşı olan tarixi binalar sökülüb.
Yerində isə "Ganja Mall” ticarət mərkəzi və sözügedən ərazidə yerləşən otel üçün parkinq salınacaq.
Ərazidə yaşayan sakinlər buna etiraz etmələrinə baxmayaraq, bu gün küçədə yerləşən binaların söküntüsü reallaşıb.
Məsələ ilə bağlı Unikal.org-a Gəncə şəhər İcra Hakimiyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Həsən Məmmədov binaların sökülmə faktını təsdiqləyib.

O söküntünün səbəbini belə izah edib:

"Ərazidə müasir "Ganja Mall” ticarət mərkəzi və otel tikilib. Bunların ətrafında olan, istismara yararsız köhnə binalar isə sökülüb, yerində müasir obyektlərin tikilməsi nəzərdə tutulur”Elmar Vəliyev ticarət mərkəzinə görə tarixi binaları sökdürdü - FOTOLAR
Elmar Vəliyev ticarət mərkəzinə görə tarixi binaları sökdürdü - FOTOLAR
Elmar Vəliyev ticarət mərkəzinə görə tarixi binaları sökdürdü - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ