SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Valideynlərini öldürən şəxs Rusiyada yaşayırmış - Gədəbəydəki qətlin ŞOK TƏFƏRRÜATI

Valideynlərini öldürən şəxs Rusiyada yaşayırmış - Gədəbəydəki qətlin ŞOK TƏFƏRRÜATI

Tarix:

22-09-2017, 13:25

/ 97 841 dəfə oxundu.
Valideynlərini öldürən şəxs Rusiyada yaşayırmış - Gədəbəydəki qətlin ŞOK TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məsələ ilə bağlı Qurudərə kənd icra nümayəndəliyinin üzvü Ramiz müəllim Unikal.org-a açıqlamasında bildirib ki, sözügedən ailədə heç vaxt münaqişə olmayıb və hadisənin haradan qaynaqlandığını özləri də bilmirlər:
"Ailədə bunlar bir-birləri ilə çox mehriban idilər. Bütün kənd camaatdı baş verən hadisənin şokunu yaşayır. Hər kəsə maraqlıdır ki, hadisə niyə baş verib. Şöhrət Mənsimovun iki qardaşı Rusiyada çalışır. Özüdə əvvəllər Rusiyaya gedib-gəlirdi.
İcra nümayəndəsi bildirib ki, hazırda mərhumların cənazəsi ekspertiza olunduqdan sonra kəndə gətirilib: "Yaxın saatlarda dəfn mərasimi keçiriləcək. Bütün kənd camaatı dəfnə qatılmaq üçün onların ünvanındadırlar. HAzırda Ş.Mənsimovun tapılması üçün axtarışlar davam etdirilir”.

Qeyd edək ki, Şöhrət Məsimov 1962-ci il təvəllüdlüdür. Ailəlidir iki övladı var. Atası 1931-ci il təvəllü, anası isə 1938-ci il təvəllüdlüdür.

Şərhlər

XƏBƏR LENTİ