SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bacı və qardaşı bıçaqlayaraq öldürən şəxs saxlanıldı - YENİLƏNİB

Bacı və qardaşı bıçaqlayaraq öldürən şəxs saxlanıldı - YENİLƏNİB

Tarix:

6-02-2022, 19:40

/ 369 dəfə oxundu.
Bacı və qardaşı bıçaqlayaraq öldürən şəxs saxlanıldı - YENİLƏNİB


Goranboyda baş verən hadisədə ölənlərin kimlikləri məlum olub.

Bıçaqlanaraq öldürülənlər Goranboy şəhər Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.

Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.

İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.

O, polis tərəfindən saxlanıb.

***18:21

Goranboyda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, hadisə torpaq mübahisəsi ilə bağlı baş verib və 2 nəfər bıçaqlanaraq öldürülüb.

Ölənlərin bacı və qardaş olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.


Şərhlər

XƏBƏR LENTİ