XalqXəbər.Az

Rövnəq Abdullayev ukraynalı həmkarı ilə görüşdü

yüklənir...
Rövnəq Abdullayev ukraynalı həmkarı ilə görüşdü
26-10-2018, 12:50
yüklənir...

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “Vorskla” oyununu izləmək üçün Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko Bakıda səfərdə olub.
Bakı Olimpiya stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə A.Pavelko arasında görüş keçirilib. Söhbət zamanı AFFA ilə UFF arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, gələcəkdə də hər iki ölkənin futbol qurumlarının müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq etməsinin perspektivləri müzakirə olunub. Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təbliğat kampaniyası çərçivəsində Azərbaycan və Ukraynanın futbol veteranları arasında gələn il yoldaşlıq oyununun təşkil olunması barədə fikir mübadiləsi aparılıb, ilkin razılığa gəlinib.
Pavelko Ukrayna Futbol Federasiyanın nümayəndə heyəti adından görüşün təşkili və səmərəli müzakirələrə görə minnətdarlığını bildirib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.