XalqXəbər.Az

Azərbaycan güləşçiləri 20 medal qazandılar

yüklənir...
Azərbaycan güləşçiləri 20 medal qazandılar
2-04-2018, 11:00
yüklənir...

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşçiləri Türkiyənin Gebze şəhərində keçirilən yeniyetmələr arasında 21-ci Zəfər Kubokunda 20 medal qazanıblar

Beynəlxalq turnirin yekununda ümumilikdə 7 qızıl, 5 gümüş və 8 bürünc medal əldə olunub.

Sərbəst güləşçilərdən Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq), Turan Bayramov (65 kq) qızıl, Fuad Mayılov (80 kq), İslam Abuyev (110 kq) gümüş, Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) bürünc medal qazanıblar.

Azərbaycanın sərbəst güləş yığması komanda hesabında ikinci olub. Türkiyə birinci, Rusiya kollektivi isə üçüncü nəticə göstərib.

Qızlardan ibarət milli də komanda hesabında ikinci yeri tutub. Türkiyə birinci, Rumıniya isə üçüncü olub. Birgül Sultanova (57 kq), Jalə Əliyeva (61 kq) Nigar Mirzəzadə (65 kq) qızıl, Şahanə Nəzərova (43 kq) gümüş, Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq) və Elnurə Məmmədova (61 kq) bürünc medal əldə ediblər.

Yunan-Roma güləşçilərinin yarışında Həzrət Cəfərov (51 kq) qızıl, Qurban Qurbanov (45 kq), Röyal Mirzəliyev (51 kq) gümüş, Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq) və Laçın Vəliyev (92 kq) bürünc medalla əldə ediblər.

Komanda hesabında Türkiyə birinci, Gürcüstan ikinci, Azərbaycan isə üçüncü olub.

Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziyalar Avropa çempionatında qazanılacaq. Yunan-Roma güləşi üzrə 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq, sərbəst güləş üzrə 48 kq, 55 kq, 65 kq, 80 kq və 110 kq, qadın güləşi üzrə 43 kq, 49 kq, 57 kq, 65 kq və 73 kq çəkilərdə çempion olacaq güləşçilər olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər. Reqlamentə əsasən, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə güləşin istənilən növündə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.