yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Qarabağ”dan azarkeşlərə şad xəbər - Xüsusi avtobuslar ayrıldı

“Qarabağ”dan azarkeşlərə şad xəbər - Xüsusi avtobuslar ayrıldı
18-10-2017, 16:01 57 190 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, "Qarabağ"ımız bu gün Çempionlar Liqasının qrup mərhələsinin III turunda saat 20:00-da Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubunu qəbul edəcək.

Klubun saytına istinadən xəbər veririk ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərimizin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klubumuz Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparmış və matçdan sonra azarkeşlərimiz üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlib.

Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında 20 Yanvar metrostansiyası, 28 May metrostansiyası və Qara Qarayev metrostansiyasına ödənişsiz olaraq azarkeşlərimiz üçün xüsusi avtobuslar ayrılıb.

Azarkeşlərimizin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: azarkeshlere, shad, Qarabagdan, , avtobuslar, xeber, ayrildi, Xususi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2018


18-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ