SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fərhad Əliyevin qayıdışı Kərəm Həsənovun canına vəlvələ saldı

Fərhad Əliyevin qayıdışı Kərəm Həsənovun canına vəlvələ saldı

Tarix:

6-10-2017, 09:38

/ 88 900 dəfə oxundu.
Fərhad Əliyevin qayıdışı Kərəm Həsənovun canına vəlvələ saldı

2005-ci il oktyabrın 19-da, o vaxtkı parlament seçkiləri ərəfəsində həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin böyük qayıdışı baş verib
Onun Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı və revanş götürdüyü haqda xəbərlər var.
Məlumata görə, F.Əliyevin Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün fayda verəcəyinə etimad göstərilib.
Şübhə yoxdur ki, keçmiş nazirə “yaşıl işıq” yandırılması siyasi hakimiyyətin razılığı ilə gerçəkləşib. Məlumata görə, onun biznes əlaqələri Türkiyədə dövlət rəhbərliyinə qədər uzanır.
Sabiq nazirin Azərbaycanda da biznes işinə başladığı qeyd edilir. Hətta Sumqayıt Texnologiyalar Parkının da bilavasitə onun iştirakı ilə qurulduğu söylənilir.
F.Əliyevin Azərbaycanda bir sıra iri işlərə rəhbərlik etdiyi vurğulanır. Eks-nazir özünün günahsız həbsdə olduğunu və ona vaxtilə “müharibə açmış” şəxslərin yalanlarını yüksək dairələrdə sübut edə bilib.
Elə bu səbəbdən də ölkədə bir holdinqin onun nəzarətinə keçəcəyi də deyilir. Həmin şəxslərdən birinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov olduğu bildirilir. K.Həsənov vaxtilə F.Əliyev əleyhinə istintaqa ifadə verib.
Komitə sədrinin karyera yüksəlişinə səbəb olan həmyerlisinin həbsi zamanı K.Həsənov onu baltaladı və əleyhinə danışdı. Bu məsələ unudulmayıb.
Məlumata görə, Fərhad Əliyev müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının (STB) rəhbərliyinə gətirilib.
Bu ilin martında Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində edilən kadr dəyişikliyi də Fərhad Əliyevin istəyi ilə olub
Bu dəyişiklikdən sonra Fərhad Əliyevin “adamı” kimi tanınan Emin Məmmədov “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə icraçı direktor təyin edilib.
“Sumqayıt Texnologiyalar Parkı” MMC-dən verilən məlumata görə, hazırda sözügedən şirkətdə işlər daha da sürətlənib.
Bu irəliləyiş və prezident tərəfindən keçmiş nazirə etimad göstərilməsi, postneft dövründə səmərəli işlər görəcəyi K.Həsənovu vəlvələyə salıb.
Komitə sədri həmyerlisinin yenidən dirçəlişinə bərk narahat olub. Onsuz da Həsənovların vəziyyəti ürəkaçan deyil.
Onun deputat qardaşı Malik Həsənovun adı müxtəlif qalmaqallarda hallanır. Eyni zamanda əmi oğlusu Biləsuvarda kənd sakinin qanına qəltan edib.
Buna qədər də K.Həsənovun adının MTN işində keçməsi işləri korlayıb. Hakimiyyət tərəfindən Həsənovlara olan etimad itib. Belə vəziyyətdə düşmən olduqları F.Əliyevin dönüşü komitə sədrini təşvişə salıb.

Şərhlər

XƏBƏR LENTİ