SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fərhad Əliyev zavod açdı - SABİQ NAZİRƏ GƏLİRLİ SAHƏ HƏVALƏ EDİLDİ

Fərhad Əliyev zavod açdı - SABİQ NAZİRƏ GƏLİRLİ SAHƏ HƏVALƏ EDİLDİ

Tarix:

7-04-2018, 11:56

/ 2 600 dəfə oxundu.
Fərhad Əliyev zavod açdı - SABİQ NAZİRƏ GƏLİRLİ SAHƏ HƏVALƏ EDİLDİ

Həbsdən azad edildikdən sonra bir müddət xaricdə yaşayan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev hakimiyyətin yenidən etimadını qazana bilib. Artıq sabiq nazir ölkənin ən iri müəssisələrindən birini yaradıb. Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya verilib. Məlumata görə, Fərhad Əliyev Sumqayıtda sürtkü yağı istehsal edən müəssisə yaradıb. Bunun üçün Sumqayıt Kimya Parkında böyük ərazi də ayrılıb.

Zavodun qurulmasına böyük məbləğdə vəsait xərcləyən sabiq nazir Alman texnologiyasını müəssisəsində qurdurub.

İllik istehsal gücü 30 min ton, investisiya həcmi isə 10 milyon ABŞ Dolları olan zavod öz məhsullarını “AMINOL” ticarət markalı sürtkü yağları adı ilə bazara çıxarır.

Qeyd edək ki, Fərhad Əliyev 2005-ci il parlament seçkiləri ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmuşdu. Uzun illər həbs həyatı yaşayan sabiq nazir prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Gununsesi.info
Fərhad Əliyev zavod açdı - SABİQ NAZİRƏ GƏLİRLİ SAHƏ HƏVALƏ EDİLDİ
Fərhad Əliyev zavod açdı - SABİQ NAZİRƏ GƏLİRLİ SAHƏ HƏVALƏ EDİLDİ

Şərhlər

XƏBƏR LENTİ