SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » “Veysəloğlu”nun ölən işçiləri kimlərdir? - Şirkətdən açıqlama

“Veysəloğlu”nun ölən işçiləri kimlərdir? - Şirkətdən açıqlama

Tarix:

13-05-2017, 11:33

/ 84 782 dəfə oxundu.
“Veysəloğlu”nun ölən işçiləri kimlərdir? - Şirkətdən açıqlama

“Veysəloğlu” MMC ötən gün Yevlax rayonunda baş verən dəhşətli qəzada həlak olan işçiləri barədə məlumat yayıb.

Şirkətdən bildirilib ki, Yevlax rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərdən 3 nəfəri Veysəloğlu şirkətinin Mingəçevir regional ofisinin əməkdaşlarıdır.

Dünyasını dəyişən əməkdaşlarımız bunlardır:

1. Satış təmsilçisi, 1993-cü il təvəllüdlü Zülqədərli Zülqədər Üzeyir oğlu, subaydır;

2. Satış təmsilçisi (təcrübəçi), 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu, ailəlidir, 2 övladı var;

3. Merçendayzer, 1992-ci il təvəllüdlü Allahverdiyev Zahir Həsən oğlu, subaydır.

Şirkətlər Qrupu rəhbərlik və kollektiv adından avtomobil qəzasında dünyasını dəyişənlərin yaxınlarının dərdinə şərik olduğunu bildirib, dərin hüznlə baş sağlığı verib, xəsarət alanlara isə Allahdan şəfa diləyir.

Şərhlər

XƏBƏR LENTİ